Coğrafiya
Əhməd, Güllü, Sara, BəbirDərslərini yaxşı bilir.Bunlar üçün coğrafiyaDərsləri bir böyük bəla...Axır sülüs imtahanıGəlmiş... hazırlaşan hanı?Girmiş müəllim sinifəHamsı qalmış baxa-baxa...Müəllim söyləyir: – Sara,Kür nəhri tökülür hara?– Kür nəhrimi? Ağ dənizə,Tökülmədə gəzə-gəzə.Müəllim söyləyir: – Güllü,Haradadır Göycə gölü?Güllü barmaq qaldıraraq,Xəritəyə baxmayaraq,– Moskvanın yanındadır.Əhməd deyir: – Xayır-xayır,Göycə gölü Italiyada...Içində vardır bir ada.Demək bu da bilməyirdi,Bəbir dəxi əsnəyirdi.Müəllim də səslənərək,Dedi: – Bəbir, söylə görəkKazbek dağı harda olur?Bəbir haman məğrur-məğrur:– Kazbek dağı HimalayDağlarının arasındaOlan böyük bir təpədir.Hey səyyahlar gəlir-gedir.Yoxdur çıxan zirvəsinə,Onun qarlı təpəsinə.– Əhməd! Sən də NaxçıvanıHaydı bizə göstər hanı?Baxdı Əhməd xəritəyə,Getdi çıxdı Fransaya.Qış qocaldı, gəldi bahar,Çiçəkləndi, çəmən gülzar,Güllər açdı, çiçəkləndiKələbəklər bənəkləndi.Aydınlaşdı göyün üzü,Yaşıllandı dağın düzü.Göy üzündə uçan quşlarBaşqa yerə köçən quşlar;Dəstə-dəstə gəlib bizə,Səs saldılar dağa, düzə.Tətil vaxtı gəldi demək,Tələbələr dincələcək.Yayılmışdı böylə xəbər.Amma bu il tələbələrÇıxacaqdır səyahətə.Uşaqlar oldu dörd dəstə.Kür qırağın gəzdi Sara;Bildi Kür axır Xəzərə.Güllü dəxi IravanaGetmiş idi qana-qana.Bilirdi ki, Göycə gölüNə yerdədir, bizim Güllü.Bəbir dəxi gəzə-gəzəGedib çıxmışdı Tiflisə;Gəzib gürcü torpağınıBilmişdi Kazbek dağını.Əhməd dəxi bir dəstəyləGetmiş idi Naxçıvana.Bahar gedib, gəlmişdi qış.Hamı məktəbə toplanmış.Əhməd, Güllü, Sara, BəbirDərslərini yaxşı bilir.Xüsusilə çoğrafiyaDərsindən aldılar əla!
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-cografiya
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bilməm, məni neçin atmış, unutmuş,Cövrü-cəfasına qurban olduğum.
Qurban (Mikayıl Müşfiq)Bu qədər baş vermə, səməndər, yaza,Düşərsən ayağa, başına qurban.
NigarEşq olsun o titrək baxışlarındaAçan çiçəklərə, açan güllərə.
Nə deməkdir?Çoxdandır çalınmayır divardan aslı tarın,Tutqun bir ürək kimi telləri paslı tarın,
Стихи других поэтов · О природе
Əmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
MəniBir gəlinin gözlərinin,Yağışı öldürdü məni.
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
از دهانش بسخن جز اثری نتوان یافتاز میانش بمیان جز کمری نتوان یافت