Bu gecə nə qədər xoş gecədir,Bir qara qız kimi tellicədir.Yer işıq, göy ilıq,Hər tərəf yaraşıq.Sevgilim, dayanma, sahilə gəl,Seyr elə gəl.Ulduzlar ətrafa nur səpələr,Bir bölük uşaqlır şən ləpələr.Onların əlində top kimi ay,Sevgilim, başında ağ kəlağaySahilə gəl,Seyr elə gəl.Bu fürsət əlinə düşməz bəlkə də,Hər tərəf kölgədə,Kölgədə işıldar.Yarpaqlar xışıldar.Gəl, ipək saçını oxşayım,Səninlə bir an da yaşayımZövqünü illərin,Dağınıq tellərinTökülsün üzümə,Qulaq as sözümə.Bu gecə nə qədər xoş gecədir,Bir qara qız kimi tellicədir.Yer işıq, göy işıq,Hər tərəf yaraşıq.Nəşələr sığmayır aləmə,O yanda bir gülüş, bu yanda bir nəğmə,Hər xəyal bir canlı qanatdır.Bunların cümləsi həyatdır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов