Fantan
Sonsuz gurultular arasında birGöylərə baş çəkən buruq titrəyir.Çapuq işçilərin hərəkətindənDönmüş bir dalğalı dənizə mədən.Həyəcan ətrafda fırtına kibi,Mədən hərəkətdə, buruq əsəbi.Buruğun sinirli gurultularıSarsıdır div kimi bütün civarı.Yerin damarını sorurdu fantan,Buruğun başına vururdu fantan.Buruğun çevrəsi batmışdı neftə,Yerdə neft axırdı su kimi müftə.Buruq hayqırırdı qəlbində mətləb,Buruq döyüşçülər eyləyir tələb.Vardı aralıqda yanğın qorxusu,Fantandan gəlirdi ölüm qoxusu.Gurultu dəhşəti, yanğın lərzəsiSalmışdı heyrətə bu gün hər kəsi.Kranı bağlamaq gərəkdi əvvəl,Bununçun lazımdı bacarıqlı əl.Kran bağlansaydı qorxu qalmazdı,Neft axıb boş yerə hədər olmazdı.Burda kimsə işdən qalmayacaqdı,Kimsədə donuqluq olmayacaqdı.Mədənin nasosçu dəstəsi gəldi,Gurultu daha da artdı, yüksəldi.Bunlara həvalə olunmuşdu iş,Vardı buruğa sarı bir irəlləyiş.O bunu, bu onu qaçar, qovardı,Ətrafda bir qoxu heyrəti vardıDaha ilk baxışda zirəklik edən,Qaşını çataraq, irəli gedən.Sağnaq arasına soxulan CəbiAtıldı cəbhəyə bir əsgər kibi.Mədəni bir böhran qorxusu aldı,Qorxu vücudlara zəlzələ saldı.Işçilər Cəbini qoymadılar tək,Qoşdular ki, ona etsinlər kömək.Ürəklənib girir hamı buruğa,Kim heyran olmazdı bu coşğunluğa.Bu yürüş bir hücum marşı kibiydi,Beşillik planın bir tələbiydi.Mədəndə artırdı qüvvə getdikcə,Yardım dalğaları minirdi gücə.Cəbinin bu işi, bu cəsarətiTopladı bir yerə bütün qüvvəti.Bağlamaq çətindi kranı, heç kəsSanki çəkməyirdi qorxudan nəfəs,Donmuşdu yerində yüzlərcə məxluq.Sarmışdı hüzuru bir umudsuzluq...Birdən uğultusu kəsdi buruğunVə əvvəlki kimi olmadı coşğun.Fırtına qoynundan, dəhşət içindən,Uğultu içindən, vəhşət içindənCəbi bağlayaraq kranı çıxdı.Onun üzü ağdı, alnı açıqdı.– Bağladım!Fərəhdən coşdu fəhlələr,Cəbinin üstünə qoşdu fəhlələr,Aldılar ansızın onu dövrəyə.Çoxu şahid oldu bu mənzərəyə:– Ay Cəbi, kranı necə bağladın?Doğrudan fantanı yaxşı saxladın.– Onu deməzlər ki...– Bah, çək özünü!Bir başqası ona tutub üzünü:– Sağ ol, Cəbi dayı!– Sən də çox sağ ol!– Ay balam, kişiyə bir yol verin, yol,Qoyun bir az getsinrahatlıq etsin.Cəbini mən yaxşı təsvir etmədim,Incə nöqtələrə çox da getmədim.Parlaq zərbəçidir mədəndə Cəbi.Şadlanır hər işə gedəndə Cəbi.Ondan ibrət alır işdən qaçanlar,Tənbəl iqlimlərə yelkən açanlar.Mədəndə hər zaman ismi anılır,Mədəndə birinci adam sanılır.Əmək qəhrəmanı adını almış,O yalnız meylini zəhmətə salmış.O yalnız güvənir iş qüvvəsinə,İşçilər səs verir onun səsinə.– Yoldaşlar! Tərlan bəy bizi aldadır,Onun düşündüyü yalnız paradır.Onun sözlərinə inanmayınız,Şirin dillərinə aldanmayınız!O bizi qulluqdan çıxara bilməz.Bizsiz buruqlardan cövhər çəkilməz.Daim onun bizə ehtiyacı var,Bizim qüvvəmizə ehtiyacı var.Çarın quyruğudur onlar həmişə,Bu quyruqluq olmuş onlara peşə.Işçiyə nə vətən, nə millət vardır,Onlar bu sözlərlə bizi aldadır!Urus, türk, erməni – işçidir həpsi,Onlarsa yalandan ayrırlar bizi.Məhv olsun boş yerə canımız neçin?Axsın, hədər getsin qanımız neçin?Biz milli davadan əl çəkməliyiz,Sinif döyüşündə qan tökməliyiz, –Deyə 1905 sənələrində,Qaranlıq günlərin bir dəftərindəCəbinin bu nitqi qeyd olunmuşdu,Üstünə illərin tozu qonmuşdu.O zaman güvənib iş qüvvəsinə,Çoxu səs vermişdi onun səsinə.O çoxdan ayrılmış dağdan, arandan,Gəlmişdi Bakıya Cəbi Irandan.Gəlmişdi, ordan da ayrılmamışdı,Əvvəlki qınından sıyrılmamışdı.Bir yandan işçiydi, bir yandan kəndliKeçirdi günləri daima dərdli.Çünki ailəsi ordaydı onun,Həmişə qəmliydi, həmişə məhzun.Gördü sərbazların quldurluğunu,Yoxsulluq Bakıya qovladı onu.Keçmədi bir öylə müddət aradanƏl çəkdi büsbütün maldan-qaradan,Əl çəkdi, Irandan çıxdı nəhayət,Başını Bakıya yığdı nəhayət.O, bir gün parlaman önündə durmuş,Kimsəsizlər kimi boynunu burmuşBaxırdı qayəsiz bir izdihama.Bəzən dodaqaltı gülürdü, amma,Əsgərana doğru gedən bu axınHəyata uzaqdır, ölümə yaxın.Balkonda bir ovuc boynuyoğunlar,Hamsının çiynində zərli paqonlarIlan dərisi tək işıldayırdı.Həpsinin dişləri qıcırdayırdı.Parlaman üstündə üçrəngli bayraqÇarpırdı ruzgara dalğalanaraq:Baxırdı qəzəblə Cəbi balkona,Bu izdiham ağır gəlirdi ona:– Qırdırınız xalqın uşaqlarınıMəgər bu günlərin yoxmu yarını?!Sarı ingilisin kor eşşəkləri!Bu sözü o dövrün bir kəlpeysəriEşidincə artır qəlbində kini;– Bəyənmirsən islam hökumətini?.. –Deyə Cəbiyə əl açmaq istərkənCəbi izdihama qarışdı birdən.O daim cəbhədə hazırdır, hazır;Onun üç zərbəçi dəstəsi vardır.Böylə fantanları çox görmüşdü o,Böylə buruqlara çox girmişdi o.Çox dinləmiş böylə gurultuları,Etmişdir mədəndə ömrünü yarı.Cəbi, neft uğrunda çalışan Cəbi,Hər dürlü zəhmətə alışan Cəbi.Cəbi məhsulatın güclənməsində,Proqramın artıq ödənməsindəİlk addım atmışdır öz dəstəsilə,Vurub hər əngəlin üzünə sillə,Olmuş dəstəsilə mədəndə rəhbər,Olmuş mədənçilər dilində əzbər.Yarım saatdı ki, dincəlirdilər,Yorulan təbii dincəlmək istər.Fantan bulamışdı zərbəçiləri,Sanki sulamışdı zərbəçiləri.Tütün dumanilə otaq dolmuşdu,Cəbiyə işçilər heyran olmuşdu.Onun ətrafında gedirdi söhbət,Hamı bəsləyirdi Cəbiyə hörmət.Burda dağ sənaye məktəblərindənGələn bir tələbə qalxıb yerindən:– Cəbi dayı, sən çox cəsur adamsan.Cəsarətin məni etdi hərasan,Fəqət sən buruğa girəndən sonra,Fantana nəhayət verəndən sonraQəlbimdə mətanət qanı qaynadı,Ürəyim açıldı, könlüm oynadı.– Ay bala, sən hələ uşaq adamsan,Sən hələ cavansan, sən hələ xamsan.Başın çıxmaz sənin belə işlərdən.Hər işi öyrənmək olmaz ki, birdən.Nə qədər bu yolda çalışmışam mən,Nə dürlü zəhmətə alışmışam mən.Gurultu içində keçmiş həyatımMədəndə açılmış qolum, qanadım.Bu gurultu mənə fərəh gətirir,Bu səslər ömrümün musiqisidir.– Ay Cəbi, şəklindən xəbərin varmı?– Bəsdir, pərt etməyin, əşi, adamı,Bənzətmişlər məni bir qəhrəmana.– Məncə qəhrəmanlıq yaraşır sana.Deyərkən, Cəbinin dodağı qaçdı,Könlündə, fərəhli çiçəklər açdıDanışıq yenə də davam edirdi,Bəzisi otaqdan çıxıb gedirdi.Bu zaman mədənin müdiri gəldi,O bayaqkı kimi tutqun deyildi.Gözləri sevincdən fanar-fanardı,Könlündə məsərrət odu yanırdı.– Sağ olun, yoldaşlar, sizin işinizBizə göstərdi ki, aciz deyiliz.Gələcək beşillik planları bizBelə fantanlarla ödəməliyiz.Fəqət təhlükəsiz deyil fantanlar.Ona Cəbi kimi möhkəm insanlar,Polad zərbəçilər gərəkdir, fəqətHər kəs almalıdır Cəbidən ibrət.Cəbi vüqarlıydı, üzü gülürdü,Siyah neftə çalan gözü gülürdü.– Bəlkə Cəbi dayı söz-möz istəyir?Ona da söz verək görək nə deyir.– Mənim danışmaqla heç aram yoxdurOnsuz da iclasda danışan çoxdur.– Yox, danışmalısan ...– Yaxşı, yoldaşlar,Mənim ancaq sizə bir-iki sözüm var:Əvvəla hər işdə sayıq olmalı,Onda yaxşılaşar mədənin halı.Işi özbaşına buraxmaq olmaz.Plansız verilən rəqəmlər dolmaz!Ayıq olsaydınız fantan vurarkənQuyunun ağzını bağlayıb erkən,Bu qədər zəhmətə düşməzdik, gərəkIşə əvvəlindən diqqət yetirmək.Bu zaman bir işçi girdi içəri,Baş-ayaq vururdu onun sözləri– Yoldaşlar, yenə də fantan var...– Necə?Hər kəs batmış kimi oldu sevincə– Hansı buruq?.. Yeni qazılan buruq?Özümüz fantanın şahidi olduq.Ansızın atıldı həpsi dişarıCəbi də yüyürdü buruğa sarı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-fantan
Клавиши ← → для перехода, R — случайное стихотворение