Ruzgar… çovqun, qar, ətraf əsim-əsim əsmədə,Başlar köküsdə… lakin soqaqda bir qaraltıGərinib bükülmədə, şaxta onu kəsmədə,Buzdan bir cam kəsilmiş ayaqlarının altı.

Durmadan söylənmədə o kəndi-kəndisiləAlnının çuxurunda parlıyor iki məşəl.Sağdan, soldan küləklər vurub üzünə silləYıxmaq istiyor onu şəffaf dəmirdən bir əl.

Yox sözlərində məna, canında yox ixtiyar,Qollar, bacaqlar həpsi qarışmış bir-birinə,Əlvida etmiş ona şəxsiyyət, izzət, vüqar,Düşmüş uğursuz, acı bir adətin girinə.

Sağ əlində bir şişə, sol cibində bir şişə,Hankı böyük bir səbəb onu bu hala salmış?Çəkmiş hankı bir əməl biçarəni bu işə,Hankı təsadüfdən o, bu yaman günə qalmış?

Alnında bir bəyaz qəm, – bir dilənçi günündə –Üzü günəşdən qızıl, içi qarlardan ağdır.O, şimdi durdu yüksək bir binanın önündə,Keçmişini yaşatmış bu evə baxdı… baxdı…

Qılınc kimi kəsici şaxtanın şiddətiləİştə çürük bir ağac cansız uzandı yerə.Içində bəslədiyi müvəbbəd qüdrətiləBir quşsa qanad açdı ağ çadralı göylərə.

Buram-buram qıvrılıb həmlə edincə ruzgar,Bu əyyaş qaldırımdan üzüstə yerə düşdü.Qəlbində son döyüntü, səsində xırıltılarBəyaz tənli daşlarla qucaqlaşdı, öpüşdü.

Əvət həyat dənilən bu döyüş meydanındanBasılmamış çıxacaq kimin varsa qanatı.Əvət, kim şübhə etsə, qüvvətindən, canındanAc soqaqlar əlində boğulacaq həyatı.

Kimdir bu ilan kimi sürünüb ölən adam,Çökmüş kaşanələrin bacarıqsız oğlumu?Nərdə onu yaşadan dünkü parlaq ehtişam,Onu öldürən kəndi sinfinin yolumu?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов