Üçdən birə
Yenə bizim könlümüzdənbir səs gəlir,Bu səs bizim qurduğumuzhəyat kimi yüksəlir.Yüksəldikcə çəkir bizi özünə,çəkir bizi –Fikrimizi, qəlbimiziQardaşlığın günəşli gündüzünə.Bu səs bolşevik səsi.Bu səsə cavab verirmilyonların beynəlmiləl nəğməsi.Bu səs tarladan qopur,Bu səs dəzgahdan gəlir,Bu səsin üzərindəhəyatımız yüksəlir.Cana gəldikOn-on iki il bundan əvvəlbizə əngəlƏsrlərin ehtiraslı əlindən;Kürün rəngi qızardıQacarın Tiflisdəkicanavar əməlindənHər axına keçid olduq,yaş süzməkdən yorulduq.Əridi həyatımız,Ağımız, bayatımız.Unutmadıq QarabağdaQacarın qarşısındalalə kimi sallananqanlı-qanlı başları.Unutmadıq Gürcüstandan İranaqamçılarla yollanantəzələri – yaşları.Unutmadıq Şirvandakı talanı,Yox sözümün yalanı.çapavul Osman paşaŞirvanı tutdu daşa.Qılınclara dayandı xəncərlər,Qapılar, pəncərələryerindən çıxarıldı.Hətta şişə gəlinlərincingildəyən biləkləri qırıldı.Unutmadıq yerli dərəbəylərinQışda isti, yayda sərinipək saraylarını.Çox eşitdik tarixinməchul üfüqlərindənYoxsul, köylü qızlarınOdalıqlardan gələngücsüz haraylarını.Unutmadıq çöllülərinqarşısında diz çökən,“Oğlum ölsün” – deyərək,yalandan min dil tökən,Hər arşına üç çərəksürüşdürən taciri.Unutmadıq ikibaşlı qartal çarı,Çəkdi bizi gah aşağı,gah yuxarı.O da illər uzunuBuludlu uzaqlardanBir qanlı şimşək kimisıyırdı xəncərini.Unutmadıq onlarınmiyançısı kəsilən,mərhəməti əksilənQafqazın bəylərini.Unutmadıq xalqı soyan,Xalqı quru yerdə qoyanSeyidləri,mollaları, axundları,dərvişləri,məscidləri, pirləri.Bizi az oynatmadı, bu “cənnət müxbirləri”.Unutmadıq müsavatı,menşeviki,daşnaqı.Çalındı əməkçi kütlənin haqqı.Hərəsi bir cahangirin nökəri:Biri alman,digərləri ingilisin çakəri.Bunlar belə az qırmadı.Bunlar da az anqırmadıbu diyarda,buralardaBir gün qalxdı bizimkilər,Keçmişləri yaxdı, yıxdı bizimkilər.Bizimkiləryıxdı, qurdu,Qovdu burdanbu üç qurdu.Bu gün bizim şənliyimiz...Biz hər şeyə hakimiz.Hakimiz təbiətə,Kür işlər, Zahes işlər.Mil düzündə, BakıdaAğ qızıl, qara qızılDeyərək, hər kəs işlər.Həyat genişləməkdə;İnsanlar işləməkdə.Çağlayanlar əlimizdə güc olur.Yarın savaş olursa,fikrimiz çəkic olurƏzmək üçün kapitalın başını.Biz atmışız, atacağıztək daxmanın,tək öküzün, tək tarlanın,tək ocağın, tək odun,tək fabrikin, tək zavodundaşını!Əldə beşillik plan,Böyük işdir – yapılan.Məqsəd dəmir, iş dəmir,Həyat – tərpəniş dəmir.Qurduğumuz bu dünyanındönən çarxı dəmirdən.Mədənləri,şaxtaları,tarlaları,Gavur-arxı dəmirdən.Bu diyardatürk, erməni, gürcü var.Bu diyarınbir yıxılmaz proletar bürcü var.Sarsıtamazbu bürcüKapitalın topları,onların hap-gopları!Bu diyarda xərabəlik əsəri yox.Burda əski bayquşlarıbir əxlaqsız nəzəriləçağıracaqBaşı əsən evlərinkölgələnmiş gözləri yox.Burda həyatgünəşlərin qucağında xumarlanır.Burda həyataylarınyumşaq, sərin yelpiyilətumarlanır.Burda həyat zərbəli,Burda həyat yarışda;Insanlar axtarışda.Günəş almış sanki bizi yedəyə...Heç qoyarmı canımızasoyuq dəyə.Bu gün bizim birliyimizqızıl kimi təmizdir.Qızılımız – cingildəyən səsimizdir.Bizi fabrik, bizi zavod, bizi kolxozbir yığnağa toplamış.Fikrimizin axınıbeş qitəyi qaplamış.Nə müsavat, nə menşevik xülyası.ə də daşnaq röyasıbizim sakit yataqlardaoyanmaz...Qanımızda əski çürük millətçilik qaynamaz!Üfüqlərdə qanadlanırşura Zaqafqaziyası.Bu diyarda gələcəyi salamlayırsosializm dünyası.
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-ucden-bire
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Sonna məndən kim, nə bolmuş ya nədirVarAcanımda yanədir.
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Kölgəmizdən qorxmuşuqNatəmizlər içrə biz tək-tük təmizdən qorxmuşuq,Yüz harama bir halal qatmış o düzdən qorxmuşuq.
Qəzəl: Mehri-hüsnündən təcəlli edəli ənvari-eşqMehri-hüsnündən təcəlli edəli ənvari-eşq,Zahir oldu gün kimi hər zərrədən asari-eşq