Gözəllik
Gözəllik əzəldən bütün ellərinHəvəslə qoşduğu bir şanlı qayə;Gözəllik ruhudur qızılgüllərinBülbüllər üstünə saldığı sayə.Xoşdur gözəl görüb bütün elliyiÇalışmaq, yaşamaq, sevmək, sevilmək!Xoşdur xilqətdəki hər gözəlliyiÜrəkdən duyaraq anlaya bilmək!Ey bizim dünyanın ən birincisi,Mehriban gözəli, nadir incisi,Mən sevmişəm səni hər kəsdən əvvəl!Fəqət yabançıdır coşqun ruhuma,Elimə, ölkəmə, təbi-şuxumaMənasız gözəllik, mənasız gözəl!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/musfiq-gozellik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Nihani bəslənir ləlin xəyalı can arasındaNihani bəslənir ləlin xəyalı can arasında,Bəli, can riştəsi vardır, deyirlər, qan arasında.
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim