Mənim Ceyranım məktəbli bir qızOlur Bakının dağ hissəsində.Bu suyuşirin, bu qarayağızQızın sinəsindəDuyğusu dərinYeni günlərinŞirin dalğalı ahəngi yaşar.Bu lətif ahəng ruhları oxşar.Girmişdir payız, yarpaqlar sarı...Mənim Ceyranım payız kibidir.Aləm axışır məktəbə sarı,O əsəbidir.Həyata qanıq,Ürəyi yanıq,Çünki Ceyranım yaşa dolmuşdur,Anası deyən “gəlin olmuşdur”.Qonşuda bir qız yaxdı özünü,Bir acı, soyuq, küləkli gündəYeni həyata yumdu gözünü.Bu iş üstündəCeyranın fəqət,Bundan bir ibrətAlmadı yenə ata-anası,Qulaqlarında elin zurnası.Gəldi Ceyranı kim sevirdisə,Dilə tutuldu, “həri” alındı.Ceyran bilmədi, qapıldı hissə,Razı salındı,Məktəbi atdı.Dadına çatdıBu zaman onun bir qız yoldaşı.Ceyran düşündü, çatıldı qaşı.Girmişdi payız... Ceyran neylədi?Elm ocağına getdi bir səhər,Öz ürəyini açdı söylədi...Uzaq bir şəhər,Burdan çox uzaq...Tiren alaraqCeyranı atdı həmən şəhərə.Yerin altında gəzən şəhərə...El-gün yığıldı, məclis qurdular,Dedilər: “Ceyran Bakıda deyil”Bir ilan kimi qovrulurdularOnlar elə bil.Bir titrəyirdi,İnildəyirdi.Bu nə kələkdir, bu nə ədadır?Deyirlər Ceyran Moskvadadır.Avam anası tutuldu qəmə,Avam atası qaşını çatdı.Nifrət etdilər yeni aləmə.Güzgü qayıtdı...Oğlan evindənQopdu bir şivən:– Yerə girəsən, a belə gəlin!Görüm ağ günə çatmasın əlin!..Ceyran oxuyur... Moskvadadır.Bakıda gəzir... sərxoş adaxlı.Bu nə kələkdir, bu nə ədadır?Mən bu maraqlıLövhəni aldım,Kitaba saldım.Başıma sanki mövzu qəhətdi...Adını qoydum: “Güzgü qayıtdı”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов