İllər külək yürüşlü,Qartal qanatlı illər.Yaşayış yollarındaYəhərli atlı illər.

Hər biriniz nümunəDalğalı bir dənizdən,Ömrümüzün yelkəniQayar üzərinizdən.

Bizi bu cədəlgahaAtar-atmaz anamız,Başlar mühitinizdəCoşmaya fırtınanız.

Bəlkə biz olmasaydıq,Siz daim adlı-sanlıQoşardınız, nəşəyəÜrəyiniz nişanlı.

Çobansız sürü kimiBaşınız boş olurdu.Gündüzünüz fərəhli,Gecəniz xoş olurdu.

İllər, bizi yoxluqdanVarlığa atan illər...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов