Ah, nə böyük şərəfdir sənətkar olmaq,Könüllər dünyasından xəbərdar olmaq!Nə xoşdur bir hiss kimi qəlblərə girməksəssiz-sorğusuz.Bütün fənalıqları yıxıb devirməkqara-qorxusuz.Mən ruhlanıb çevrəmi saran yığından,Hayqırıram xalqımın ucalığından.Orda candan, könüldən mənimlə ellərolmuşkən tanış.Mənə bu aralıqda kim deyə bilər:çox bil, az danış?Mən qarşımda yamyaşıl çöllər görürəm,Qeyrətli, bacarıqlı ellər görürəm.Görürəm o dağdakı toyu, düyünüyeni səhnədə.Görürəm Tərtərhesin köpürdüyünüpolad dəhnədə.Getsin iş əvəzində mənə söz verən,Gəlsin dəmiri döyən, yeri becərən.Mənimki onlarladır, onlar da ancaqbizə tərəfdir.Əvət, bu insanların şairi olmaqböyük şərəfdir.Mən bir dövürdəyəm ki, tunc qanadlanır,Qara daşın, mərmərin köksü atlanır,Boylanır qabağımda böyük bir əməl,ucalır başım.Fərəhlə seyr edincə, şerimdən əvvəlaxır göz yaşım.Ah, nə böyük şərəfdir sənətkar olmaq,Könüllər dünyasından xəbərdar olmaq!Nə xoşdur bir hiss kimi qəlblərə girməksəssiz-sorğusuz.Bütün fənalıqları yıxıb devirməkqara-qorxusuz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов