Apardı könlümü məndən bu gün ol cənnətin huri
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Apardı könlümü məndən bu gün ol cənnətin huri,Götür pərdə camalından ki, sənsən eynimin nuri.
Bu gün yövmilhesab oldu üzün dövründə, ey məhru,Məgər qopdu qiyamətlər, görə bilmən bu məzmuri.
Minacat eylərəm dünü gün sənin dövlətli kuyində,Üzün nuri-təcəllidir, dəxi mən neylərəm Turi.
Saçın həblül-mətinindən, nə qəmdir boynuma taxsan,Vəli me’raci-zülfündə asıldı, gör bu Mənsuri.
Fəraqü mövnəti-hicrin yıxıbdır könlümün şəhrin,Nola bir gəz vüsalınla yapasan Beyti-mə’muri.
Макта — последний бейт с тахаллусом поэта. Şəha, lə’lin şərabından Nəsimi şoylə sərxoşdur,Olubdur valehü heyran, diləməz abi-ənguri.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-apardi-konlumu-menden-bu-gun-ol-cennetin-huri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mərhəba, ey bəhri-zatın gövhəri-yekdanəsi,Şəm’i-vəhdətdir cəmalın, kün-fəkan pərvanəsi.
Mərhəba, xoş gəldin, ey dildar, xoş gördük səniMərhəba, xoş gəldin, ey dildar, xoş gördük səni,Xoşmusan, ey bərgüzidə yar, xoş gördük səni.
Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba!Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba!Ey şəkərləb yari-şirin, laməkanım, mərhəba!
Mətləi-hüsnün, ey sənəm, məzhəri-layəzalidirMətləi-hüsnün, ey sənəm, məzhəri-layəzalidir,Cümleyi-kainat onun pərtövünün zülalıdır.
Стихи других поэтов · О разлуке
Gecə-gündüz həsrətini çəkməkdənGünümü eylədim qara, sevgilim,
Yetişdi cana konul, ey nigar, rəhm eyləYetişdi cana konul, ey nigar, rəhm eylə,Qalıb yolunda gozum intizar, rəhm eylə!
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd