Camalın əksi, ey dilbər, nəyə kim düşdü al eylər,Anın qövsi-qüzeh qaşı bu bədr ayı hilal eylər.

Sənin ol cadu gözündən həzər kim qılmasın, şahaKi, hər bir baxışı yüz min füsunü məkrü al eylər.

Xəyalın hər gecə ta sübh gətirməz gözümə uyqu,Fəraqın bağrımı qəmdən əritdi, çün zülal eylər.

Çün ol kirpiklərin zəxmi baş edər bağrımı hər dəmKi, bağrım qanı hər saət gözümnü malamal eylər.

Макта — последний бейт с тахаллусом поэта. Bu cövrü kim, edərsən sən Nəsimiyə, bu gün, cana,Səni tərk eyləməz neyçün, cəfalar ittisal eylər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви