Cəmalın fitnəsi tutdu cahani
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Camalın fitnəsi tutdu cahanı,Çıxardıb pərdədən razi-nihanı.
Nedər aşiq cahanü canı sənsiz,Ki, sənsən aşiqin canü cahanı.
Ləbindir çeşmeyi-heyvan, vəli şükrKi, hər heyvantəbiət bilməz anı.
Ləbi-lə’lin şərabın içənə sorKi, kimdir içən abi-zindəganı.
Susamış qanıma lə’lin eşitdim,Bu dövlət aşiqi-miskinə qanı?
Görün kim, qəmzəsilə yuxusundanOyardı fitneyi-axırzamanı.
Əgərçi binişansan, kimsə hərgizNişansız bulmamışdır binişanı.
Vüsalındır, vüsalındır, vüsalın,Nəimi-xüldü ömri-cavidani.
Макта — последний бейт с тахаллусом поэта. Nəsiminin məkanı laməkandır,Məkansız aşiqin həqdir məkanı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-camalin-fitnesi-tutdu-cahani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şəha, çün surətin Fürqanımızdır,Ol on dörd xət bizim Qur’anımızdır.
Səba zülfün nəsimindən cahanı cümlə can etdiSəba zülfün nəsimindən cahanı cümlə can etdi,Dəmindən gör səba zülfün ki, nə canlar rəvan etdi.
Şəha, könlüm pərişan oldu sənsizŞəha, könlüm pərişan oldu sənsiz,Cigərim dopdolu qan oldu sənsiz.
Şəha, könlümdə daim bir həvəs varŞəha, könlümdə daim bir həvəs var,Soram şəkər dodağından məgəsvar.