Şəha, könlümdə daim bir həvəs var,Soram şəkər dodağından məgəsvar.

Sənin gülgün yanağın həsrətindən,Axar çeşmim yaşı həm çün Ərəsvar.

Gəl ey ömri-əzizimdən əzizimKi, sənsiz keçədür ömrüm əbəsvar.

Qənim olsun mana Fürqanü İncil,Əgər könlümdə səndən özgə kəs var.

Qulağıma gəlir hər gecə ta sübhRəqiblərin ünü həm çün cərəsvar.Sənin tərkini qılmaz bu Nəsimi,Necə ki, bu qəfəsdə bir nəfəs var.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов