Dinin günəşi, dünyada imanım əfəndi,Alimlər ümidi, məhi-tabanım əfəndi.

Könlüm, gözümün nuru, vücudumda həyatım,Hər dəm damarımda yeriyən qanım əfəndi.

Cənnət çəmənində salınan huri-nəiminGül rayihəli sərvi-xuramanım əfəndi.

Gülnarımü narım, çiçəyim, meyvəli bağım,Laləm, səmənim, sünbülü reyhanım əfəndi.

Bağım, irəmim, rövzə ilə huri-cinanim,Bülbüllər üçün tazə gülüstanım əfəndi.

Kanım, gühərim, mə’dəni-yaquti-rəvanım,Qiymətli olan lə’li-bədəxşanım əfəndi.

Макта — последний бейт с тахаллусом поэта. Eşqində Nəsimi çü qılır canını qurban,Qurbanına qurban olayım, canım əfəndi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе