Düşdü könül ala gözün ağınavü qərasinə,Ayrıq anınla kimsənin ağı nədir, qərasi nə?

Gəldi fəğanə can yenə ney kimi, suzü dərd ilə,Kim nə bilir bu xəstənin dərdi nədir, dəvasi nə?

Türrəsinin cəfalərin sorsa bu mübtəlayə kim,Eyləmişəm fəda anın canımı hər bəlasinə.

Çünki cəfasız, ey könül, kimsə murada irmədi,Cövrə təhəmmül eylə, dur şol sənəmin cəfasinə.

Nurü səfa içindəyəm qərğə, vəli, bu halətiOl nə bilir ki, düşmədi mehri-rüxün həvasinə.

Yekcəhət olğıl, ey könül, canü cəhanə ur qəfa,Yüzünü doğru dut həqə, ur qamunun qəfasinə.

Hüsnü cəmalə baxmağa ari səfa nəzər gərək,Düşməsin arisiz nəzər ayinənin səfasinə.

Dilbər əlində aşiqin qətli nədən həram ola,Aşiqə çün həlal edər vəslini qan bəhasinə?

Макта — последний бейт с тахаллусом поэта. Çün bu yalançı dünyanın aqibəti fəna imiş,Keç qamudan Nəsimitək, baxma anın bəqasinə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви