Gəlgil ki, səndən ayru müştaqə can gərəkməz
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Gəlgil ki, səndən ayru müştaqə can gərəkməz,Müştaqə sənsiz, ey can, iki cahan gərəkməz.
Gülzarə, sərvə könlüm meyl eyləməz anunçün,Qəddindən özgə, ey can, sərvi-cinan gərəkməz.
Şol binişani buldum, anın nişanı oldum,Üzün görənə ayruq namü nişan gərəkməz.
Gördüm səni gümansız hər dilbərin üzündə,Həqqül-yəqin görənə zənnü güman gərəkməz.
Çün vasil oldun, ey can, bizimləsən cahanda,Olduq vüsalə qane, kövnü məkan gərəkməz.
Mişkin saçına çün kim, verdim iki cahanı,Assiyə uğrayana qılca ziyan gərəkməz.
Qaşınla kirpiyin çün seyd eylədi cahanı,Səyyad olana ayruq tirü kəman gərəkməz.
Макта — последний бейт с тахаллусом поэта. Şirin ləbin meyindən çün əsridi Nəsimi,Faş oldu sirri-pünhan, şərhü bəyan gərəkməz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-gelgil-ki-senden-ayru-mustaqe-can-gerekmez
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Pür müşg idelüm zülfün ile şâmı bu gicePür müşg idelüm zülfün ile şâmı bu giceEle alalum la'l-i mey-âşâmı bu gice
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
Tükənməz eşq ilə duyduqca dərinTükənməz eşq ilə duyduqca dərinSənin gözündəki o şeriyyəti,