Mişkin saçın hər tarəsin iki cahana verməzəm
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Mişkin saçın hər tarəsin iki cahana verməzəm,Lə’lin vüsalın bir nəfəs min dadlu cana verməzəm.
Şəhla gözün sevdaları əhdü əmanətdir mana,Nur-əl-yəqinin sirrini olmaz gümana verməzəm.
Aydır mana, ver, müddəi, yarı bu gün yarın günə,Bir saat anın vəslini dəhrü zamana verməzəm.
Zülfündə can qıldı vətən, hübbülvətən şərti ilən,Mən məskənül-ərvahımı kövnü məkana verməzəm.
Nazü nəimi dünyanın bilxatimə gər sud isə,Külli ziyandır aşiqə, sudu ziyana verməzəm.
Oldu kəlamından yəqin, k’anın dəhanı var imiş,Eynəl-yəqinin rö’yətin qeybü gümana verməzəm.
Ey bənzədən qəddin anın sərvü çinarü ər’ərə,Mən sidrəvü tuba adın hər birəvana verməzəm!
Ey inciyi mədh eyləyən, yaqutunu cövhər bilən,Mən bulduğum dürdanəyi yüz bəhrü kana verməzəm!
Eşqi-məcazi salikə zərqü riyadən yegdürür,Həq bil bunu kim, kimsəyi sudü ziyana verməzəm.
Yarın dodağı vəsfini, ey zahid, əbsəm, sorma kim,Nitqin Məsihü Məryəmin hər bizəbana verməzəm.
Макта — последний бейт с тахаллусом поэта. Çünki Məsihanın dəmi nitqi-Nəsimidir bu gün,Anı bahasız sanma kim, can rayigana verməzəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-miskin-sacin-her-taresin-iki-cahana-vermezem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Tərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Mürəbbe: Hər təbibə söylədim dərdim dəvasın görmədimHər təbibə söylədim dərdim dəvasın görmədim,Möhnət ü dərdi-qəmin heç intihasın görmədim,
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.