Mişkin saçın səvadına mişki-Xəta derəm,Mişki-Xəta nə nəsnədir, anı xəta derəm.

Ol həqqi tanıyan ki, üzün Kə’bədir demiş,Mə’nidə hacı oldurur, əhli-səfa derəm.

Eşqin bəladurur deyənə e’tiqad iləHəqdən həmişə başına gəlsin bəla derəm.

Sənsiz mühibbi-sadiqə nazü nəimi-xüld,Dərdü əzabü möhnətü rəncü əna derəm.

Cami-cahannüma dedilər üzünə, vəliHəqdən mən anı ayineyi-həqnüma derəm.

Yoxdur vəfası zərrəcə könlümdə dünyanın,Ol bivəfaya anın üçün bivəfa derəm.

Könlün mənə nə dürlü cəfa kim, dilərsə qıl,Səndən gələn cəfaya xaçan mən cəfa derəm.

Dərdin dəvasın etməgil, ey münkir, əbsəm ol,Şol mə’nidən ki, dərdinə yoxdur dəva derəm.

Ey rənci-eşqə düşmə deyən, doğru aşiqə,Ol rəncə düşməsin ki, ana mən şəfa derəm?

Ol ömrü ki, vüsalın ilə keçmədi müdam,Keçmiş həvavü hərzəyə, badü həva derəm.

Макта — последний бейт с тахаллусом поэта. Hər kim irişdi həqqə Nəsimi kimi yəqinAnı cahanda mən yar ilə aşina derəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви