Ta kim, üzünü görmüşəm, hüsnündə heyran olmuşam
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ta kim, üzünü görmüşəm, hüsnündə heyran olmuşam,Düşdüm saçın sevdasına, gör nə pərişan olmuşam.
Gəl gör məni batində kim, nə gizli gəncəm fanisiz,Zahirdə gör bu surəti, aləmdə viran olmuşam.
Lə’lin Məsiha mö’cüzün aləmdə əhya eylədi,Uş mən vüsalından anın sər-ta-qədəm can olmuşam.
Həqqin kəlamı məndədir, sanma məni həqdən iraq,Çünki könüldür ərşi-həq, bəs ərşi-rəhman olmuşam.
Anəstünarın sirrinə Musa kimi irsəm deyən,Gəlsin məni görsün ki, uş aləmdə dastan olmuşam.
Gənci-nihanın sirriyəm, həm küntə kənzin məzhəri,Həm cövhərəm, həm cövhəri, həm cövhərə kan olmuşam.
Üştə Nəsimiyəm bu gün kəndi vücudum şəhrinə,Fəth eylədim həqdən bu gün, xaqanü sultan olmuşam.
Макта — последний бейт с тахаллусом поэта. Adım Nəsimidir, bu gün oldum kəlami-natiq uş,Həm ayinə, həm nuri-həq, həm Fəzli-yəzdan olmuşam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-ta-kim-uzunu-gormusem-husnunde-heyran-olmusam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Ey qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Ya təzədən yarat ya da…Aləm düşdü gözlərimdən,Mən aləmi dərk edəndən…
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıМой бог, как было б хорошо не знать, какой нам жребий дан.Когда бы не было меня, познавшей горе и обман.
Küçük bir levhəEhtizaz etmədə hər yanda behişti-nəfəxat,Oqşuyor səhn çəmənzarı yenə ruhi-bahar.