Ta üzün gördüm, nigara, qəmdən azad olmuşam
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ta üzün gördüm, nigara, qəmdən azad olmuşam,Qulluğunda padişahım, hüsnünə şad olmuşam.
Gəlmişəm didarına ta canımı qurban edəm,Ey dodağı, cani-Şirin, gör nə Fərhad olmuşam.
Ta camalın müshəfindən oxuram səb’ül-məsan,Səb’əxanam, hafizəm, təfsirdə ustad olmuşam.
Laməkanın eyni-mə’murundan oldun, ey həbib,Laməkan əsasına gör kim, nə bünyad olmuşam.
Qamətindən ta iraq etdi məni dövri-fələk,Həsrətindən mən qulami-sərvi-azad olmuşam.
Макта — последний бейт с тахаллусом поэта. Çün səni gördü Nəsimi der bəavazi-bülənd:Eşq ilə mən aşinayəm, əql ilə yad olmuşam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-ta-uzun-gordum-nigara-qemden-azad-olmusam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ey əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Ol saqi misalMəcazı-məclisə, təri-təcnisə,Dolandır saqini, ol saqi misal.
VurulsunGözlərində yüz cəhənnəm odu var,Dodağında yüz cənnətin dadı var,
Yardin kam istəmək eşq əhlinə düşvar imişYardin kam istəmək eşq əhlinə düşvar imiş,Aşiqə məşuqdən məqsud bir didar imiş.