Təalallah ki, sünidən sənintək xoş camal eylər
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Təalallah ki, sün’idən sənintək xoş camal eylər,Yenə bədr ayın üstündə qara qaşlar hilal eylər.
Zəhi-nəqqaşi-surətgər ki, bir qətrə məni sudanNə göyçək hüsni-canpərvər, nə ziba xəttü xal eylər.
Üzü eyni-inayətdir şəhimin səm’inə degil:Ki, neçin zülfünün cimi əlif qəddimi dal eylər?
Xəlayiqlər xəyal eylər ki, hüsnün Yusifə bənzər,Əzizim yeydürür, billah, bu el yanlış xəyal eylər.
Məlalət çəkməzəm hərgiz ki, hicran bərkamal olsa,Hər an nəsnə kamal olsa, fələk anı zaval eylər.
Yar ilə xəstə könlümün əcaib haləti vardır,Vəleykən müddəi bilməz, bizimlə qilü qal eylər.
Макта — последний бейт с тахаллусом поэта. Nəsimi yar hicrində ümid üzməz vüsalındanKi, Tanrı aqibət bi gün bu hicranı vüsal eylər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-tealallah-ki-suniden-senintek-xos-camal-eyler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kim aydır kim, üzün gülnara bənzər?Ki, üzün nurəvü gül nara bənzər.
Könlümün şəhrini çün kim, eylədi yəğmayi eşqKönlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq,Saldı aləm mülkünə şuri-şərü qovğayi-eşq.
Könlümün viranəsində gənci-pünhan bulmuşamKönlümün viranəsində gənci-pünhan bulmuşam,Olmuşam şol maha qurban, yüz dilü can bulmuşam.
Könlümdə mənim eşqi-camalın əzəlidirKönlümdə mənim eşqi-camalın əzəlidir,Şol nəsnə kim, oldu əzəli, ləmyəzəlidir.
Стихи других поэтов · О любви
Gəl, gəl, ey sevgili yarım,Götür üzdən niqab ünçəqay,
Bir nigarı istərəm aləmlərin əlasıdırBir nigarı istərəm aləmlərin əlasıdır,Ruzgarın bağı içrə novgüli-rənasıdır,
Bənim tanrımHər qulun cihanda bir pənahı var,Hər əhli-halın bir qibləgahı var,
GeyindiBahar gəldi, çiçək açdı.Güllər qırmızı geyindi,