Üzün bədri cahanın danəsidir,Yerü göy, ayü gün pərvanəsidir.

Cahanü dinü dil zülfünə, canım,Əgər layiq düşər, şükranəsidir.

Üzündür ayətəlkürsi anınçün,Kəlamüllah məhrəmxanəsidir.

Saçın zəncirinə düşdü bu könlüm,Müsəlsəl zülfünün divanəsidir.

Qaşınla kirpigin, zülfünlə xalın,Hərami gözlərin məstanəsidir.

Tutuşmuş eşq odu can ilə cismə,Bu dərdi kimsə bilməz yanəsidir.

Макта — последний бейт с тахаллусом поэта. Üzündə abid olmuşdur Nəsimi,Nəsiminin bu gün cana nəsidir?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви