Üzün nuri-təcəlli məzhəridir
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Üzün nuri-təcəlli məzhəridir,Sözün dadlısı abi-kövsəridir.
Rüxün şəm’i şüasından nünəvvər,Fələkdə mahü mehrü Müştəridir.
Gözün sehrindən ol Harutü Marut,Asılmış Çahi-Babildə, yeridir.
Fələklər üz sürərlər ayağına,Mələklər xidmətində çakəridir.
Əzazil qaçdı vəslin qürbətindən,Anınçün tövqi-lə’nət zivəridir.
Sədəfdir cümlə məxluqun vücudu,Vücudun ol sədəflər gövhəridir.
Dəmi-Isa ölü dirildər, ammaDəmindən Xızr ilə Isa diridir.
Camalın mö’mini mö’minə mir’atKi, daim mö’minin ol mənzəridir.
Макта — последний бейт с тахаллусом поэта. Nəsimi gövhəridir bəhri-eşqin,Bu bəhrə dalmayan divü pəridir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-uzun-nuri-tecelli-mezheridir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eyşü tərəb yari gül, üzar ilə xoşdur,Canü cahan elə bil ki, yar ilə xoşdur.
Ey üzü gül, ləbləri mərcanımızEy üzü gül, ləbləri mərcanımız!Ey gözü nərgis, şəhi-məstanımız!
Ey üzün "nəsrün-minəllah", vey saçın "fəthün-qərib"Ey üzün "nəsrün-minəllah", vey saçın "fəthün-qərib",Ey bəşər surətli rəhman, vey mələksima həbib!
Əcəb lə'linmi şol, ya cahi-əhbab?Əcəb lə’linmi şol, ya cani-əhbab?Əcəb zülfünmü, ya zənciri-pürtab?
Стихи других поэтов · О разлуке
Söyləmə, sevgilim, vəfasız mənə,Mən ki, yad edirəm hər zaman səni.
Sübhdəm badi-səba türreyi-xubanə dəyərSübhdəm badi-səba türreyi-xubanə dəyər,Götürüb nəkhətin ondan sonra yüz yanə gəyər.
Yaxşı adamların həsrətindəyikBu sözü Ağdaşda - mötəbər bir məclisdə mərhum dostum Qulu Xəlilov dedi.*Balaca, bəstəboy,
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?