Duyğular şəhvətə satıldığındanÜrəkdən köç edibməhəbbət gedir.Bulanlıq sel gəlir eşqin dağından,Məhəbbətlə birgəsədaqət gedir.

Başımız üstündə şimşək çaxdıqca,Bədbəxtlik yandırır,səadət gedir.Hökmran taxtına yalan çıxdıqcaBizdən üz döndəribhəqiqət gedir.

Varlılar keyf çəkir xanimanlarda,Dilənçi çoxalır,səxavət gedir.Yerlərin fəryadı asimanlarda,Əl açan kəslərlələyaqət gedir.Sındıqmı önündə məşum küləyin?Satqınlıqla qoşacəsarət gedir.Sabah məzarıma gəlib söyləyin:Torpaq azad olur,əsarət gedir.Bilim ki, ədalət qanadlarındaŞöhrət geri dönür,xəcalət gedir.Onda rahat yatım öz məzarımdaBilim, torpaq üstdəndərd, həsrət gedir.

20-25 dekabr 1998

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов