— Yer də, göy də əsir sən coşan kimi,Bu qədər dünyada sərtlik ki, olmaz!— Eşit ürəyimi, dinlə səsimi,Tufanlar olmasa sakitlik olmaz.

— Çağlayıb coşduqca sən qaranlıqda,Axı neçə görüm tufan qəlbini?— Məndə qəzəb də var, mehribanlıq da,Fəqət sındırmaram insan qəlbini.

— Elə bil qovuşur yerlə asiman,Dənizdə dalğalar — hər biri dağdır.— Dünya təzələnir mən əsən zaman,Dərya çağlayırsa, durulacaqdır.

— Amandır, lalələr üstündən əsmə,Kübar sülalələr üzərindən əs!— Göylər də səs verir, mənim səsimə,Tufandan payını alacaq hər kəs.

— Tufan, haqsızlığa sən etirazsan?Bəs, neçin adınla yol almışam mən?— Əgər tufan dolu bir şeir yazsan,Deyərəm qəlbində yurd salmışam mən.

9 yanvar 2000

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов