Mirvari suyu
Dünya zinətininBizik varisi,Nələr yaşamadıqBiz ömür boyu.Görmüşdük həyatdaSu mirvarisi,Bu gün hardan çıxdıMirvari suyu?
Dən-dən mirvarilərBoyunlar bəzər,Neçin mirvariyətutuldu gözlər?
Mən nə okeandım,Nə də ümmandım,Ki, mirvari çıxsınLəpələrimdən!Mən bu mirvariniÖzüm qazandım,Gözümdə gözüm təkƏzizlərəm mən!
Soyuq bir dumandırDövlətim, varım,Dağda da onun təkSis — duman olmaz.Elə mirvaridirMənim mirvarim,Ondan bəxşiş olmaz,Ərməğan olmaz!
Gedir karvan illərQəm çəkə-çəkə,Uzaq xəyallardaYar-yaraşıq var.
Görməmək görməkdənYaxşıdır bəlkə,Bəlkə korluqda daParlaq işıq var?
Çökəcək dünyayaBir zülmətli sirr,Kaş qismət olmasınBu dərd heç kəsə!Deyirlər göz görür,Könül də sevir,Necə sevəcəyəmGözüm görməsə?
17 aprel 1999
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-mirvari-suyu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gah coşar, gah susar, gah titrər səsi,Özü də sirlidir əməli kimi.
AğdərəDoğrudan nə qədər güclüymüşük biz,Vədlər ümmanında qəşəng üzürük.
Qaranlıq tuneldən keçən qataramYola üz tuturam mən aram-aram,Gözümdə gur işıq parlayıb sönür,
Dəhşətli dərsSəhər tezdən durub yuxudan ana,Belə dərs deyirdi öz uşagına.
Стихи других поэтов
Göndərib lütflə,ey dil,mənə dilbər kağız,Könlümün zülmətini eyləyib ənvər kağız.
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
AlçaAlçadan özgə məgər yoxdu təamın, Yusif,Alçadan oldu mənə töhfə salamın, Yusif.
Mürəbbə: Başına döndüyüm, ey şahi-xubanBaşına döndüyüm, ey şahi-xuban,Şikəst verir yeni aya qaşların,