Kiçk və böyük
"Su kiçiyin, yol böyüyündür"Atalar sözü
Kiçiklər böyüyə səcdə qılmasa,Necə dar yollardan keçilə bilər?Əyər kiçikləri sayə salmasa,Elə böyüklər də kiçilə bilər.
Kiçiyin çiynində ən ağır yüklərO da ki, yorulmaz nə gündüz, gecəZaman tarlasında gərək böyüklərMehribanlıq əkib, məhəbbət biçə.
Yatır qəhrəmanlıq mehribanlıqda,Böyük rəhim də var qəhrəmanlıqda.Layiq yer ayırıbTale hər kəsə.Hamı at çapmır ki, qızıl yəhərdə?Böyük öz yerini əyər bilməsə,Bəzən kiçik onu üstələyir də.
Keçir külək kimiİl dalınca il.Bəşər yuva tikir aranda, dağda.Axı kiçik olmaq kiçiklik deyil,Böyüklük deyildir böyük olmaq da.
Təkkəbbür zülmətdir,sadəlik çıraq.Talecə doğmadır böyüklə kiçik.Haqqın şəfəqilə işıqlanaraqƏsilzadəlikdir əsil sadəlik.
Kiçiyə su verin,Həvəslə içsin.Açacaq arzusu gül-çiçək sabah,Böyüyə yol verin,Qürurla keçsin,Bu yoldan kiçik də keçəcək sabah.
10 may — 1 iyun 1997
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-kick-ve-boyuk
Клавиши ← → для перехода, R — случайное стихотворение