Göz açdı dünyaya səssiz-səmirsiz,Sən doğulan gün.Mənimçin doğuldun məndən xəbərsiz,Sən doğulan gün.

Yaşayır ömrümün baharı kimi,Sən doğulan gün.İllərin sapında mirvari kimi,Sən doğulan gün.

Həyatın gözəllik təmənnasıdır,Sən doğulan gün.Sevgi ümmanının ilk damlasıdır,Sən doğulan gün.

İllər üzüyünün qaşı sayılsın,Sən doğulan gün.Dünyanın məhəbbət yaşı sayılsın,Sən doğulan gün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов