Tərsinə axır zaman,Artıb dərdim, qubarım.İnsan çıxıb yolundan,Kimi yoldan çıxarım?

Əllərim hara yetər?Gözləri kor atım var,Hamı şeytandan betər,Mənim quru adım var.

Suya zəhər qatırlar,Zəhərə dönüb həyat!Şəhərləri satırlar,Necə deyim "yurdu sat"!

Kim mənə qulaq asır?Haraylarım səssizdir.Dünya şeytan dünyası —Əsl şeytan işsizdir.

Sevirmi dövran bizi?Danlamağı tərgitdi.İşə bax, insan biziRüşvətə də öyrətdi.

Haqladın uçmuş yolu,Yol verməyə nə var ki?!Havayı gələn puluBol verməyə nə var ki?

Harınlıq evlər yıxıb,Onlar qan da tökürlər.Elə şeytanlar çıxıbMənə papış tikirlər!

Dillənir torpaq, səma,Barmaqlar var,gördün qaç!Heç mənim barmağımaYoxdur daha ehtiyac!

Məni görməzsən, İnsan,Biryolluq burdan getdim.Bu şeytan dünyasından,Mən şeytan, həzər etdim!

23-24 noyabr 1996

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов