Tənhalığın elegiyası
Fikir ağır…düşünürəm bir anlıq,bəlkə mənimyaşamağım hədərdir.Gecələrimgecələrdən qaranlıq,Gündüzlərimgecələrdən betərdir.Yuxularımyuxu deyil, qorxudur.Dərman üstdəndərman içim, xeyri yox,Ahlarımıgöylər udur, yer udur,Nədəndirsə,ilham küsüb, şeri yox.
Yaxşılaramehribanam əzəldən,Yaltaqlara,paxıllara nifrətəm,Dostlar uçubhara gedib görəsənGülər üzə,şirin sözə həsrətəmYer qovuşub,göy qovuşub sükuta,Tənhalıq daasta-asta adlayır.Ürək batırqara-qara buluda,Kimsəsizlikşimşək olub odlayır.Nədir gəlibçarpayıma qonan nurBir İlahişəfəq saçır otağa.De, bu andaqəlbim ondan nə umur?Ulduz gəlibtənhalığı qovmağa?Ulduz yandı,sakit otaq nurlandıBir ulduz dainsan üçün hayandır!
25-26 oktyabr 2003
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-tenhaligin-elegiyasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mən də bu cəbhələrdə vuruşan bir əsgərəm,Ana Vətən yolunda ölüm olsa, gedərəm.
Bacıoğlunun dayıya ərizəsiAy dayı, gəl bölüşək hər nə ki var vəlvələsiz,Mən cəsarətsiz uşaq, sən kələmərd, hövsələsiz.
Qəzəl: Aləmin məmurəsin hər gündə bir sultan tuturAləmin məmurəsin hər gündə bir sultan tutur,Nikbəxt ol kəs ki, ol məmurəni viran tutur
BilməzBir igid ki dərdə düşə,Dərd əlindən yata bilməz,