Bilməli Xəbərlər
“Molla Nəsrəddin” nəzir edib məcmuəsini il başınadək göndərsin o şəxslərə kİ, bu aşağıda yazılan suallara cavab yazıb göndərə darəmizə:
O hansı şəhərdir ki, qlava divanxanasınm on iki nəfər müsəlman vəkilinin cümləsi bisavad və məhz biri ancaq hıqqana-hıqqana adını yaza bilir?
Bir qabdan ki, sütmiməzhəb su içə o qabdan şiəməzheb su içəbilər, ya xeyr, o qabı təmizləmək lazımdır, ya xeyr?
Göydə ulduz çoxdur, ya müsəlman bazarında qumarxana?
Yas evinə plov yemək üçün zor ilə hücum edən mollaları, ağlamaqdan ötrü cəm olan övrətləri rədd eləməyin çarəsi nədir?
Harada bir elə təlim kitabı ələ gətirmək olar ki, müsəlman uşağına türk dilində savad öyrətmək mümkün ola?
Tənbəllik və qeyrətsizlik hansı məmləkətin karxanalarından çıxır?
Nə səbəbə İrandan qutu içində gələn ilanlar İran əhlindən savayı özgələri sancmır?
Bu ne sirdir ki, erməni-müsəlman vuruşması düşən kimi hökumət əsgərləri elə şiddətli azara mübtəla oldular ki, təbiblər onların çölə çıxmağını rəva görmədilər?
İrəvanda teatr məclisində “Uşi” camaatı üçün cəm olunan dördyüz manat hara təşrif apardı?
“Molla Nəsrəddin”, 7 aprel 1906, Nel
Kitabxana.az · https://kitabxana.az/ru/works/nemanzade-bilmeli-xeberler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ax, kaş dünyada müsəlmanlardan savayı heç bir kəs olmayaydı ve gündə biri qabağımı kəsib soruşmayaydı ki, “o nədir” və “bu nədir”.Budur, məscid tərəfində mərəkədir. Uzaqdan eşidirəm ki oxuyurlar: “Ay şiələr, gelin şuri-nəvaya…”
Pişik *Uşaqlıqda nənəmiz bizim üçün bir nağıl deyərdi, o nağılın başı bu idi ki, bircociyi var idi, birceciyi yox İdi, bircə qan var idi. Bir gün getdi su üstə, sürüşdü düşdü buz üstə. Dedi:Ay buz, sen nə zalunsanmış?
Pişik (2)Bir gün yoldaşım Məşədi Mozalan bəylə divarın dibində əyləşib İranın indiki vəzirləri kimi dərdləşirdik. Yoldaşım başladı ki, Lağlağı, bir hekayə söylə, vaxtımız keçsin. Mən de başladım.Heç yadımdan çıxmaz, 8-9 yaşında idim. Bizim evdə bir ziyankar pişik var idi. Analığım hər ne gizlədirdisə, tapıb yeyirdi. Çox haramı idi. Lakin mən onu çox sevirdim. Bir gün atam işləməyə gedəndə analığıma tapşırdı ki, bu günə canım dolma istəyir, bişir, nahara gelərəm, yeyərik.
Ey İran!Ey müctəhid və xan mənbəyi İran! Ey din və xəyalat mühibbi insanlar! Ey bir mollanın əmri ilə neçə yüz qurban verən fədakarlar! Bəsdir köhnə adətinizi, köhnə xasiyyətinizi, köhnə xoşbəxtliyinizi məşruteye qurban etdiniz. Bəsdir Tağızadələr kimi dinsizləri çıxarıb mücahidlərinizə dil uzatdırdınız, firengmeab cavanlara yol verib, qırmızı saqqallılan dala buraxdınız. Amerika dinsizlərini gətirib beytül malı olanlara tapşırdınız. Ey min ildən bəri, fırtınalı dərya dalğa və ləpələrinə bənzəyən gözəl İran! Sənə nə oldu ki, “məclisinə” ancaq yetmiş iki əmmaməli qoydun, üç-dörd ay əvəzinə məclisdə ancaq bircə ay yas tutub baş yardın? Sərdar Əsəd əvəzinə Sinəpdara hökumət tapşırdın!Lakin ey minlərcə ildən bəri məzhər, mehdi, qiamlan köməyinə ümidvar olan səbirli İran! Heç ürəyini sıxma vaxtın bu istisində, bu qızdırmalı halətində Şimaldan, Cənubdan sənə doğru sərin və xoş yellər əsməyə başlayır… Azəbaycan havasını dalğalandırır, ləpələndirir. Daha bundan sonra arxaym ol! Arxayın ol ki, no baş çapmağına, nə mərsiyəxanalarma, nə də müctəhidlərinə heç kəs bir söz deyə bilməyəcəkdir.
Стихи других поэтов
Nə əcəb xub yaradıb həsnini Tarı bu qızın,Nə əcəb gülşənə bənzər gül üzarı bu qızın,
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Eşitcək bu sözü təbim həzan dilkəbab olduEşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu:
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,