Ey müctəhid və xan mənbəyi İran! Ey din və xəyalat mühibbi insanlar! Ey bir mollanın əmri ilə neçə yüz qurban verən fədakarlar! Bəsdir köhnə adətinizi, köhnə xasiyyətinizi, köhnə xoşbəxtliyinizi məşruteye qurban etdiniz. Bəsdir Tağızadələr kimi dinsizləri çıxarıb mücahidlərinizə dil uzatdırdınız, firengmeab cavanlara yol verib, qırmızı saqqallılan dala buraxdınız. Amerika dinsizlərini gətirib beytül malı olanlara tapşırdınız. Ey min ildən bəri, fırtınalı dərya dalğa və ləpələrinə bənzəyən gözəl İran! Sənə nə oldu ki, “məclisinə” ancaq yetmiş iki əmmaməli qoydun, üç-dörd ay əvəzinə məclisdə ancaq bircə ay yas tutub baş yardın? Sərdar Əsəd əvəzinə Sinəpdara hökumət tapşırdın!

Lakin ey minlərcə ildən bəri məzhər, mehdi, qiamlan köməyinə ümidvar olan səbirli İran! Heç ürəyini sıxma vaxtın bu istisində, bu qızdırmalı halətində Şimaldan, Cənubdan sənə doğru sərin və xoş yellər əsməyə başlayır… Azəbaycan havasını dalğalandırır, ləpələndirir. Daha bundan sonra arxaym ol! Arxayın ol ki, no baş çapmağına, nə mərsiyəxanalarma, nə də müctəhidlərinə heç kəs bir söz deyə bilməyəcəkdir.

Ey başı əmmaməli müqəddəs İran! Hazır ol ki, gözlədiyin günlər yaxınlaşır.

“Molla Nəsrəddin”, 1911, N3

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bədnəzər

Molla dayı!Sənin təzədən zühurun biz fəqirləri xeyli xoşnud və xoşhal elədi! Amandı, Molla dayı, bundan sonra elə dolan ki, qarğış və bəd dua sahibi olma, özünə də yazığın gəlsin və bizə də. Dünən yuxarıbaşlı falabaxan Zeynəbə baxdırdım. Zeynəb bacı dedi ki, bu saat Molla dayıya yaz ki, evinin qapısının qabağında bir köhnə at nalı basdırsın və boynundan bir dəvə gözü muncuğu assın ki, ona bədnəzər kar eləməsin. Bədnəzər yalan deyil, bədnəzər yıxmayan evlər min il tikili qalıb.

19071 мин
Bakı Dəryası

Nə gözəlsən, ey Bakı dəryası! Və nə xoşbəxtsən, ey Bakı dəryası! Ey Bakı dəryası, ey dəryaların seçilmişi! Ey göllərin padşahı! Nə göl kimi gölsən, ey Bakı dəryası, çünki yer üzündə sənin kimi böyük göl yoxdur, nə dərya kimi dəryasan, ey Bakı dəryası, çünki çəkilib şir kimi durmusan kənarda və heç bir özgə dəryalara qarışmırsan, heç kəs ilə işin yoxdur!Nə gözəlsən, ey Bakı dəryası!

19072 мин
Nuxada Axund Fərəculla cənablarına

Cənab axund, mən ölüm, dinc dur! Bax, mən ölüm, deyirəm. Bağışlayınız, bir az rəncidə olacaqsınız məndən, amma mən ölüm, dinc dur. Bağışlayınız, amma deyəsən bir az xarab olubsunuz. Axır vaxtlar sizdən elə şey baş verir ki, o cür şeyləri mən axundlardan gözləyə bilməzdim: məsələn, elə bunu götürək ki, bu axır vaxtlarda başlayıbsınız nuxalılara dəlil-nəsihət eləməyə ki, çaxır içib keflənməsinlər, qumar oynamasınlar və palas-paltarlarını satıb xeyrat verməsinlər Doğrusu belə sözləri mən heç bir molladan gözləməzdim. Bəli, çaxır içmə, qumar oynama, dəxi bir yolluq de ki, yıxıl öl.Cənab axund, Nuxada bu qədər böyük-böyük əfəndilər var, mollalar var, nə olub ki, bunlar heç biri dinmir, danışmır, dəxi sənə nə olub ki, özünü atıbsan ortalığa!

19072 мин
Qorxuram

“İrşad” yatan kimi bir neçə gün müsəlmanlar başladılar haray-dad eləməyə ki, “ay aman, qoymuyun “İrşad” əldən getsin!”.Men həmişə bu haray-dadlan eşidəndə yanımda oturanlara deyirdim “qorxuram”.

19071 мин

Стихи других поэтов