Qələmə
Əla, ey bülbüli-ürfan, vətən bağında fəryad et,Qon övraqi-fünunə, nəğmeyi-milliyyə inşad et.
Cəhalətlə vətən bir leyli-zülmətnak edir təşkil,Zəbani-nurpaşinlə rəhi-ürfanə irşad et.
Qələm şükrfəşani-mərifətdir, guşi-huş istər,Dilərsən həzzyab olmaq şu nəshin dinlə, dəryad et:
Əgər aqilsən, olma hirslə dildadeyi-sərvət,Rizayi-həqqi istərsən, ibadullahə imdad et.
Həmiyyət düşkünü olma, güşad et xani-ehsanın,Dili-ərbabi-hacatı kərəmkaranə dilşad et.
Yapış acizlərin dəstindən, ey sərməsti-istiğna!Demə əhli-ğinayəm, baziyi-dövrani dəryad et.
Əgər istərsən adın zibi-tarixi-cahan olsun,Dirəxti-sayədar ol, meyvə ver, ən şanlı bir ad et.
Xəzanə üz qoyan növrəstəgani-baği-islamə--Nəzər sal, tərbiyətbəxş ol, əlindən cəhlin azad et.
Əgər amalın iqbali-vətəndir, urma boş lafi,Həzizi-məskənətdən milləti balayə isad et.
Müavin olmaq ilə zalimə ağlatma məzlumu,Səzayi-rəhmət olmaq istər isən, tərki-bidad et.
Xuda Quranda «qövmüz-zalimin»ə mələnətxandır,Dilərsən məğfərət həqdən, ədalətpərvər ol, dad et.
Könül sındırma, ev yıxma, əziyyət vermə məxluqə,Yıxılmış xanəni məmur, sınmış könlü abad et.
Dilərsən müstəfid olmaq hüquqi-adəmiyyətdən,Ziyayi-elmi dərdəst eylə, nəfsin elmə mötad et.
Əgər məqsudin isə kəsbi-hissiyyati-ruhani,Bu pəndi-hissəbəxşi qəlblə təzkar, övrad et.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-qeleme
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ziynət verir əndamına min nəcmü qəmərlər,Tənvir edir afaqını tabəndə səhərlər,
Bir zöhreyi-həyatın üfulüAldım xəbəri-mövtünü, ey cövhəri-yekta,Əş'arımı, əşkabım ilə eylədim inşa!
Bir işsizin qış düşüncələri"Ana dili gərəkdir" deyənlərəİştə bir yoxsul... oyləcə düşünür:
Əndişeyi-həyatVardırmı bir insan bu şünzari-aləmdə –Pabəndi-bəla olmaya sərpənceyi-qəmdə?!
Стихи других поэтов · О мудрости
Qurtarmadımı ağlamağın mövsimi, yarəb?Hər gündə münacat olunur məscidimizdə.
UşaqlarUşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar olaYoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Xudu Məmmədovun xatirəsinəOna vaxtsız əcəl vermədi aman,Yandı ulduz kimi tez batmaq üçün.