Bir zöhreyi-həyatın üfulü
Aldım xəbəri-mövtünü, ey cövhəri-yekta,Əş'arımı, əşkabım ilə eylədim inşa!Eyvah, üful eylədin, ey kövkəbi-bariq,Gündüz nəzərimdə görünür leyliyi-zülma.Etdinmi vida'i-əbədi mülki-vücudə,Sən də əzəliyyət kimi oldun ədəmara?Tərk eyləyərək vechi-səmavati-həyati,Etdin qara yer sinəsini kəndinə məlca!Gör kim sənə dəfn olmuş, əya xaki-siyahrəng,Bir nurdur ol kim, oluyorsan ona mə'va.Son ənfüsünü fırladıb afaqi-həyata,–Oldun, mələkim, sən dəxi həmxaneyi-mövta.Ol dadlı nigahı niyə yumdurdu təbiət,Varmı bu açıq işdə də əsrari-xəfaya?!Bir həşri-ələmdir mənə fərdayi-məmatın,Matəm kəsilib gözlərimə sahəyi-dünya.Etdikcə təxəyyül səni, ey nuri-məhəbbət,Zülmət görünür iştə mənə tudeyi-qübra!Qıldıqca təsəvvür o halavətli nigahi –Təlxabi-təhəssürlə gözüm olmada dərya.Etdikcə təxəttür şu açıq vechi-bəşuşi,Həsrət yaşı olmaqdadır arayişi-sima.Mən ağlayıram, şe'r oluyor əşki-rəvanım,Hər qətreyi-dürdanəsi bir şe'ri-müsəffa.Mən də yaparaq əşkimi güldəsteyi-əş'ar,İthaf edirəm ruhuna əş'ari-mütərra.Məhzun dururam, hüznlərim şe'ri-sükundar,Fəryad edər olsam, oluyor cümləsi guya.Ahim kəsilir can yaxan əş'ari-şərərbar,Yanmış dilimin dudu olur növheyi-sevda.Göz yaşlarımı, ahımı, fəryadımı daim,Səssiz o həzin məqbərənə eylərəm ehda,Şe'rim olacaq fatiheyi-səngi-mazarın,Ey xatiməsi baisi-əş'ari-qəmefza.Könlüm yanıyor həsrət ilə olduğu dəmlər –Ol dadlı, təbəssümlü baxış xatirəpira.Gah diksinirəm uyquda, guya ki, dodağın –Bir buseyi-şəfqət ediyor çöhrəmə i'ta.Gah səs gəliyor guşuma, guya ki, səsindir,Zənn eyləyirəm xabda oxşar məni hura.Gah pişgahimdə duruyor vechi-bəsimin,Sanki oluyor cənnət özü çeşmimə peyda.Bir nuri-həqiqət kimi gəh zilli-xəyalın –
Tutğun nəzərimdə oluyor iştə hüveyda.Cənnət quşu idin qəfəsi-dəhrdən uçdun,Əlbət yaxışırdı sənə bir rövzeyi-rə'na.İnsan sifətində görünən bir mələk idin,Ən ali cahanlarda üç, ey ruhi-müəlla!Namın əbədiyyətlə yaşar, ey əzəli ruh,Əş'ari-rəvanbəxşim edər namını ehya.Sən bir gül idin badi-əcəl saldı türabə,Fəryad qıl, ey könlü sınan bülbüli-şeyda!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-bir-zohreyi-heyatin-ufulu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu gündə ağladır afaqı ahü vayi-vətən,Cahanı titrədiyor növhənövü nəvayi-vətən.
Ədibi-şəhir Həsən Bəyin ruhuna ithafBu gündə qədrşünasan qəriqi-möhnətdir,Bu gündə çeşmi-ədəb əşkrizi-həsrətdir.
Ədvari-təcəddüd, əs'ari-inqilabTutmuş bütün əvalimi tufani-inqilab,Dəhhətnümuni-hövldür ümmani-inqilab.
Əş'ari-pərişan, yaxud solğun çiçəklərDəryadə kəfü mövceyi-cuşan pərişan,Qə'rindəki əsdafi-dürəfşan pərişan.
Стихи других поэтов
Sahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir