Qəribə Qutu
Peterburqda çıxan “Ülfət” qəzeti idarəsindən bu günlərdə Zaqafqaz ruhani İdarəsinin adına poçt vasitəsilə bir yekə qutu “pasılka”göndərilmişdi ki, çəkisi on yeddi put iyirmi altı girvənkə idi. Həmin qutu Tiflis poçtxanasuna yetişən günü poçt qulluqçuları görürlər ki, qutu öz-özünə tərpəşir. Zəmanənin rahatsız olmağı cəhətindən poçt naçalniki lazım bilir hökumətə xəbər versin. Qaradovoylar və soldatlar tökülüb gəlirlər və başlayırlar qutunu ehtiyat ilə açmağa. Qutunun üst taxtasını götürən kimi görürlər ki, qutuda üç nəfər qamı yoğun molla əyləşib.
Sual-cavabdan sonra mollalar cavab verirlər ki, bizi “Ülfət” qəzeti göndərdi ki, birimiz Qori darülmüəllimində Firidun bəy Köçerlinin əvəzinə və birimiz də Rəşid bəy Əfəndiyevinəvəzinə müəllim olaq. Üçüncü molla da cavab verir ki, məni də “Ülfət” göndərdi Ağayevin yerinə “İrşad”a müdir olam və lazım gələndə müsəlman vilayətini gəzəfn və camaata vəz nəsihət edəm, çünki Ağayev başarmır.
Molla Nəsrəddin
“Molla Nərdəddin”, 21 Aprel 1907, №.16
Kitabxana.az · https://kitabxana.az/ru/works/nemanzade-qeribe-qutu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu axır vaxt möhtərəm gürcü camaatı məni öz milli və Gürcüstan istiqlaliyyətinin düşməni ədd etməklə bərabər Axalsixdə guya mənim tərəfimdən hazırlanan üsyanı mənə isnad veriyorlar. Gürcü camaatı Ruxadzenin hökumət namına göndərdiyi teleqrafı oxuduqdan sonra bu fikrə gəlmişdir.Buna cavab olaraq deyirəm ki, hərgah Axalsix uyezdində narahatlıqdırsa və əhali arasında həyəcan və qələyan davam edirsə, ən əvvəlcə bunun səbəbi Ruxadze cənabının özüdür! Ruxadze asayişə nəzarət etmək sifətilə gəlib öz vəzifəsini unutmaqla bərabər uyezdə anlaşılmaz işlər törətməyə və hökumət namından hökumət siyasətinə yaraşmaz, hətta demokratik cümhuriyyətin heysiyyət və ləyaqətini ləkələyən “öz siyasətini” aparmağa başladı. Ruxadze “həmin siyasətini” vücuda gətirmək məqsədilə onun amalına zidd olanları aradan sıxıb çıxarmağa başladı. Müsəvvəniyyəti-şəxsiyyə haqqında general Maqayevin rəsmi məktubuna baxmayaraq, Ruxadze məni üç nəfər yoldaşımla həbs edib Tiflisə göndərdi. Bir çoxlarını da azadlıqdan məhrum etdi.
İşlərimizdə HərcmərclikHər şeyin ilk yaradılışında, ilk təşkilində bir çox nöqsanlar olur, ibtidailiklər görülür. Hər dürlü mövcudiyyət, hər növ təsisat mütləq qanuna – qanuni-tədric və təkamüli-təbiyyətlə möhkəmləşir.Təbiətə zor etmək, tərəqqini sürətlə istəmək səyi ilə kamala çatmaq olmaz – deyirlər. Bunlar çox doğru. Lakin burası daha ziyada doğrudur ki, hər tərəqqini, hər kamalı yalnız təbiət əlinə buraxmaq da təbii, Allahı tanımamaqdır. Çünki tərəqqi və kamal təbiətin təsirindən artıq səy və ictihadın dərəceyi-qüvvəsinə tabedir.
MilliləşməkCanlı işlər, tarixi dəyişikliklər bizə göstərir ki, hər cəmiyyət, hər fərd, hər dürlü ənənəsindən, müqəddəsatından, imkan və etiqadından az-çox əl çəkdiyi halda milli dilindən əsla və əsla vaz keçməmişdir. Və heç vaxt da keçəməz. Çünki hər millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaxlaşmış deməkdir.Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti, hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz.
Həsən Əminin ŞikayətiBu il mart ayınm ilk günləri idi. Həsən əminin oğlu Azad öküz arabası ilə Xaldandan Yevlaxa kirə gətirmişdi…Azad o gecə Yevlaxda qalsa pristav kazaklarından, yola çıxsa qaçaqlardan qorxurdu. Bu qorxu ilə Azad bir az vaxt fikrə getdi. Axırda yoldaş taparam ümidilə yola çıxdı, üç-dörd saata qədər getdi. Axşamleyin tələsik gəlib ötən bir-iki faytondan özgə bir zada rast gəlmədi.