Ömər Faiq əfəndinin Ruzadzenin teleqramına cavabı
Bu axır vaxt möhtərəm gürcü camaatı məni öz milli və Gürcüstan istiqlaliyyətinin düşməni ədd etməklə bərabər Axalsixdə guya mənim tərəfimdən hazırlanan üsyanı mənə isnad veriyorlar. Gürcü camaatı Ruxadzenin hökumət namına göndərdiyi teleqrafı oxuduqdan sonra bu fikrə gəlmişdir.
Buna cavab olaraq deyirəm ki, hərgah Axalsix uyezdində narahatlıqdırsa və əhali arasında həyəcan və qələyan davam edirsə, ən əvvəlcə bunun səbəbi Ruxadze cənabının özüdür! Ruxadze asayişə nəzarət etmək sifətilə gəlib öz vəzifəsini unutmaqla bərabər uyezdə anlaşılmaz işlər törətməyə və hökumət namından hökumət siyasətinə yaraşmaz, hətta demokratik cümhuriyyətin heysiyyət və ləyaqətini ləkələyən “öz siyasətini” aparmağa başladı. Ruxadze “həmin siyasətini” vücuda gətirmək məqsədilə onun amalına zidd olanları aradan sıxıb çıxarmağa başladı. Müsəvvəniyyəti-şəxsiyyə haqqında general Maqayevin rəsmi məktubuna baxmayaraq, Ruxadze məni üç nəfər yoldaşımla həbs edib Tiflisə göndərdi. Bir çoxlarını da azadlıqdan məhrum etdi.
Ruxadzenin və onun əli altında olan qulluqçularının xudsəranə hərəkəti camaatı həyəcana saldı. Camaat səbir edə bilməyib Ruxadzenin bu hərəkətinə laqeyd baxmadığından bizim həbsdən azad edilməyimizi tələb etməyə başladı.
Mən hal-hazırda onu fikir edirəm ki, Gürcüstan hökuməti Ruxadzenin xəyalatının səmərəsi olan danoslarını nəzəri-diqqətə alıb heç vaxt Axalsix hadisələrinin əsil səbəbini təftiş edir. Mütəəssüf, bu hadisələr münasibətilə hökumət indiyə qədər xəbərsizdir. Ruxadze öz axırıncı məktubunda yazır ki, bizim əlimizə böylə gizlin sənəd keçmişdir. Sənəd budur “Əfəndi qardaşım! Sizə xəbər veririk ki, Qərbi Zaqafqaziya mühavirləri Karsdadırlar. Onlara mehmannəvazlıq göstərin. Onları öz ixtiyarınıza, alın” və qeyri…
Möhtərəm qareləri inandırıram ki, bu kağız mənim xüsusi düşmənlərim olan Kobilan bəyləri tərəfindən yazılmışdır. Həmin bəylər inqilabın birinci günlərindən mən kəndlilərin hüququnu müdafiə edib topraq reformasını tətbiq etdiyim zaman dişlərini mənə itiləmişlərdi. Təəssüf ediləcək burasıdır ki, Ruxadze uyezd əhvalını öylə bir hala salmışdır ki, hal-hazırda ətrafında nələr vaqe olduğunu özü bilmir. Ruxadze başa düşmür ki, camaatın nifrətini qazanan və öz keçmiş fəaliyyətləri ilə özlərini ləkələmiş olan adamlar ona yaltaqlıq edib mərhəmətdən məhrum olmamaqdan ötəri qara maska altında özlərini sadiq göstərmək istəyirlər.
Mütəəssüf, Gürcüstan hökuməti öz nümayəndəsinin yazdıqlarına inanıb Axalsixdə bir para adamların intriqasını və əhali arasında olan həyəcanın əsil səbəbini vaxtında təftiş etməmişdir. Bundan əlavə, bu cür işlərin kökündən dəf olması üçün vaxtlı-vaxtında tədbirlər görməmişdir. İşi məhəllədə təftiş etməkdən ötrü gec də olsa, bitərəf adamlardan ibarət bir komissiya göndərilməsini xahiş edirik. Axalsix məmurları yanan odu söndürməkdənsə, öz əlləri ilə yanan oda neft tökürlər.
Möhtərəm gürcü camaatına müraciət edib onu inandırmaq istəyirəm ki, “Axalsix hadisələri” məhəlli inzibati idarəsinin təxribedici üsulunun nəticəsidir. Bu üsul nəinki əhalini cəlb edir, biləks, özündən uzaqlaşdırır. Hökumət uyezdi idarə edən təcavüzkaranə bir üsula nəhayət verməlidir.
Bazzat özümün Gürcüstan demokratik cümhuriyyətində Axalsix və Axalkələk uyezdləri üçün milli muxtariyyət almaqdan başqa özgə bir qəsdim olmuyubdur. Başqa qəzetlərdən də bu yazdığımın dərcini rica edirəm.
Ömər Faiq
“Azərbaycan” qəzeti, 9 mart 1919, № 109
Kitabxana.az · https://kitabxana.az/ru/works/nemanzade-omer-faiq-efendinin-ruzadzenin-teleqramina-cavabi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey müctəhid və xan mənbəyi İran! Ey din və xəyalat mühibbi insanlar! Ey bir mollanın əmri ilə neçə yüz qurban verən fədakarlar! Bəsdir köhnə adətinizi, köhnə xasiyyətinizi, köhnə xoşbəxtliyinizi məşruteye qurban etdiniz. Bəsdir Tağızadələr kimi dinsizləri çıxarıb mücahidlərinizə dil uzatdırdınız, firengmeab cavanlara yol verib, qırmızı saqqallılan dala buraxdınız. Amerika dinsizlərini gətirib beytül malı olanlara tapşırdınız. Ey min ildən bəri, fırtınalı dərya dalğa və ləpələrinə bənzəyən gözəl İran! Sənə nə oldu ki, “məclisinə” ancaq yetmiş iki əmmaməli qoydun, üç-dörd ay əvəzinə məclisdə ancaq bircə ay yas tutub baş yardın? Sərdar Əsəd əvəzinə Sinəpdara hökumət tapşırdın!Lakin ey minlərcə ildən bəri məzhər, mehdi, qiamlan köməyinə ümidvar olan səbirli İran! Heç ürəyini sıxma vaxtın bu istisində, bu qızdırmalı halətində Şimaldan, Cənubdan sənə doğru sərin və xoş yellər əsməyə başlayır… Azəbaycan havasını dalğalandırır, ləpələndirir. Daha bundan sonra arxaym ol! Arxayın ol ki, no baş çapmağına, nə mərsiyəxanalarma, nə də müctəhidlərinə heç kəs bir söz deyə bilməyəcəkdir.
Təşəkkürİndiki islam üləması arasında münaziəli, şəkli bəhslərdən biri də hicab məsələsidir. Bu eylə əhəmiyyətli bir məsələdir ki, heyati-ictimaiyyə və mədəniyyətimiz hər zaman bunun tehti-təsirində bulunmuş və elan da bulunmaqdadır. Bu məsələnin bir kərə qət olunub qurtulmasını hər sahibi-maarif kimi mən do arzu edərdim. Lakin bunun üçün “cəsarətli”, elmli, nüfuzlu bir fazilin vücudu lazımdı. Hərçəndi bir çox mollalar təklikdə “sətrin” şəri olmamağını, maarif və tərəqqimizə zərər vurduğunu söylüyürdü, amma heç kəs meydana çıxıb aşkar deməyə cəsarət eləmiyirdi. Həmd olsun ki, Qafqaz müftisi Hüseyn əfəndi həzrətləri “Seda”™nın 10, 11, 12, 13-cü nömrələrində alimane nəşriyyatı ile “sətrin” şeri olmadığım, yəni müsəlman arvadlarının üzü açıq gəzə biləcəklərini möhkəm və şeri dəlillər ilə isbat və bəyan edib məqami-fitva penahidən bu çətin məsələyə nəhayət verdi.Bu münasibətlə Müfti əfəndi həzrətlərinə tərəqqeyi-milliyəmiz naminə ərzi-təşəkkür edərim.
SöhbətBir gimnaziya mütəəlliməsi ilə şəriət müəllimi arasında M ü t ə ə ll i m ə. Müəllim əfəndi, görünüz nə xoşbəxtik ki, bizim də “İşıq” qəzetimiz var. Bundan sonra hər ixtiyarımızı, hər hüququmuzu istəyəcəyik. Razı olmayacayıq dəxi kişilərin kefmə əsir olaq. “İşıq”ın çıxmağına dünyalar qədər sevinirəm. Sağ olsun Xədicə xanım!Müəllim. Ha, ha, ha! Öz başınızasınız ki, istədiyinizi edəsiniz. Bax, Xədicə xanım 3-cü nömrədə nə yazır: “Biz şəriəti-islamiyyə miivafıq əməl etmək arzu edirik”. Madam ki, şəriətə müvafiq əməl istəyirsiniz, o vaxt kef genə bizimdir.
Felyeton («Yeni irşad» və H.Naseh)“Yeni irşad”ın 20-ci nömrəsində Gəncə şəhərindən H.Naseh imzalı bir məktub çap olunmuşdu. Cənab Nasehin orada yazdığı sözlərin hamısını başa düşmədim, çünki o dili mən oxumamışam. Ancaq zehnnən bunu anladım ki, Gəncədə müsəlman cavanlan rus dilində bir qəzet çıxartmaq istəyirlərmiş, Nasehin də xoşuna gəlmir ki, oxumuşlarımız öz müsəlman dilimizi qoyub rusca qəzet yazmaq istəyirlər. Çünki həqiqət, rus dilini baqqal Kərbelayi Əsədmi, əllaf Hacı Göyüşmü, yoxsa bəzzaz Səməb başa düşəcək Naseh belə yazır və belə başa düşür. Amma “Molla Nəsrəddin” özgə cür xəyal edir və özgə cür yazır, qulaq as, gör nə deyir?“Molla Nəsrəddin” deyir ki, əgər dünyada heç bir qəzet olmaya, ancaq yer üzündə bircə Naseh yazdığı dildə çap olunan qəzet ilə bir də Gəncədə rus dilində bir qəzet qala və bəzzaz Səmədimiz oxumaq üçün qəzet axtara və axırda gedib bu iki qəzetəni ala ki oxusun – o vədə and olsun Allaha, imama, peyğəmbərə, Kərbəlayı Sadığın canına ki, Naseh yazan qəzeti bəzzaz Səməd açıb üzüm büküb aparacaq evinə, amma rus dilində yazılan qəzeti yenə qənimət bilib ehtiyat üçün qoyacaq cibinə ve bəzzaz dükanında çitlərin üstündə yazılan açıq və aşkar rus hərflərinə aşina olmağı kifayət verəcək ki, bir qədər səy edib rus qəzetindən bir mətləb çıxartsın.
Стихи других поэтов
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
GəlinSaldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən