Şəkidən
Bəzi şəhərlərdə üsuli-cədid məktəblərindəki şagirdanın əksəri məktəbdən çıxdıqdan sonra daha böyük məktəblərə, ya ki mədrəsələrə girməyib, ya ki girəməyib babalarının əski sənəti ile iktifa edirlər. Məlumati-elmiyyə və fənniyyələri az olduğundan nə baba sənətlərini tərəqqi etdirə bilirlər, ne de yeni ve müfid bir iş tuta bilirlər. Bu hallar mülahizə olunub qeyrilerə bir nümunə olmaq üzərə Şəki məktəbində bu ildən etibarən senaet şöbəsi təsis olunacaqdır. İbtidai halda şagirdlərə ipək qurdu, ya ki böcəyi xüsusda əməli və nəzəri dərs veriləcəkdir. İşbu təşəbbüs cənab qazının və camaatın hümmətindən meydana gəldiyi irəlidə məktəbimizdə səbilərə bir qaç dürlü iş gösteriləcəyinə kafidir.
Müəllim Nemanzadə
Tərcüman qəzeti, 5 iyul 1898, N 22
Kitabxana.az · https://kitabxana.az/ru/works/nemanzade-sekiden
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Biçarə, məzlum Xədicə iki ay sonra 17-ci baharını görəcəkdi. Bu ən fərəhbəxş baharından bir az sonra ən müqəddəs, ən ruhəfza əməlləri hüsula gələcəkdi. 8-9 ay əvvəl bir üzük ilə nişanlandığı İsmayıl ilə o, müvafiq yaşdaşı ilə 4-5 ay sonra baş-başa yaşamağa başlayacaqlardı. Bu ümid və arzuların verdiyi həsrət Xədicənin ürəyinə sanki sığmırdı. Bu qəlbi məsənətler Xədicənin tebii ola məlahətini, cazibəsini, şətarətini bir daha artırırdı, mütənasib vücuduna, lətif əndamına özgə bir gözəllik bəxş edirdi. Günlər keçdikcə şadlıqlar artır, ümidlər böyüyür, təxəyyüllər genişlənirdi. İsmayılın xəyalı Xədicənin bütün qüvveyi-mövcudiyyətini zəbtinə keçirmişdi. Bu şadlıq günlərin birində toy hesabatı qərarlaşdırmaq və İsmayılın verəcəyi başlıq axçasını teyin etmək lazım görüldü. İsmayılın böyük qardaşı Xədicənin atasının yanına gəldi. Hesablaşmağa, qərarlaşmağa oturdular. Toy, paltar, təam barəsindəki hesablan görüb qurtardılar. Lakin başlıq ağçasında bir tövr uyuşamadılar. Xədicənin atası 200 manatdan bir qəpik də əskiyə razı olmayacağına qəsəmlər edir, İsmayılın qardaşı 150-dən artıq verməyə qüdrəti olmadığını anladırdı. Söz uzandı. Heç biri iddiasından geri durmadı. Bir-birilərine yaman-yaman sözlər deməyə başladılar. Nəhayət, iş pozuldu. Xədicənin atası İsmayılın 9 ay əvvəl göndərdiyi nişan üzüyünü qızının barmağından hiddətlə çıxardı.İsmayılın qardaşından geni döndərmək üzərə ayrıldı. Zavallı Xədicə, qələmi əlindən alınmış vətən və millət aşiqləri kimi düçari-yəs oldu. Günlər keçdikcə Xədicənin nəticəsi dəhşətli xəyallar, düşüncələr qapayırdı. Xədicənin atası qızım bu vaqiədən bir ay keçməmişdi ki 2-3 günlük uzaqdakı kənddə dövlətli, dul bir kişiyə öz başına nişanladı. Xədicə bu qara xəbəri ancaq on gün sonra anasından duya bildi. Demək ki, Xədicə 9 aydan, bəlkə bir ildən bəri məhəbbətini, meylini bağladığı İsmayıldan yoldaş olacağına qətiyyən qərar verdiyi o xoş təbiətli, o gülərüzlü cavandan həqiqətən ayrılacağını hiss etdi. Vücuduna şiddətli bir titrəmə düşdü. Heç ümid etmədi ki, bir yerdən əri, yəni həyat yoldaşı, məhəbbət müştərisi, məyusiyyət mədayehi… olacaq aşdaşının halını qonşularından xəbərləşdi: 50 yaşında, xəstə, 4-5 uşaq sahibi dul bir dövlətli olduğunu anladı. Anladı ki, zülm və istibdadın, insaf və haqsızlığın ən dəhşətli əsiri olmuş, anladı ki, insanlıq hüququ, hər kəsin tapındığı hürriyyəti əlindən zəbt edilmiş Xədicə bir neçə ay sonra o mərəzli, murdar qoca kişi ilə əl-elə, diz-dizə olacağım təsəvvür etdikcə istəyirdi ki, səhərlərə qədər ağlasın, axşamlara qədər yeyib-içməsin’ Zaman keçdikcə o lətif üzlü Xədicə də ölü halına keçirdi. Gün olardı ki, ağzına heç bir şey götürməzdi. Az vaxt içində Xədicə zəifləşməyə, saralmağa başladı. Bir az zaman sonra şiddətli öskürəyə tutuldu. Böyürlərində sancı peyda oldu. Anası arabir “ay qız, senə nə olur ki, yeyib-içmirsən?!Nə üçün gözlərin qızarır. İstəyirsən atana deyim cindar molla Süleymanı gətirsin. Kitaba baxdırsın. Nüsxə yazdırsın” deyirdi.
Cavan bi̇r mi̇llətpərəsti̇n vəfatiŞəkidən aldığım ağ rəngli bir kağız mənə ən qəmavər qara xəbərlər gətirdi. Bu qara xəbərin verdiyi təsir məni qədirşünaslıq naminə bir neçə söz söyləməyə məcbur etdi. Bu kağızdan şəkililərin mədari-fəxri, Şəkidə bir çox fəqir, yetim uşaqların mənəvi, mərhəmətli atası olan Quluzadə Zəkiriyyə əfəndinin vəfat etdiyini duydum. Rusiya müsəlmanları içində zatən pək az olan millətpərəstlərdən, həmiyyəti-mücəssimlerdən, sahibi-mürvətlərdən birinin əksildiyini anladım. Şəkidə bu son vaxtlarda vücuda gələn binaya həmiyyətin bir rükünün, bir sütununun uçduğunu fəhm etdim. Şəkililərin otuz iki, otuz üç yaşında cavan, həlim, millət dostu, maarifpərəst, safdil, səbatlı, həmiyyətli, mütədeyyin, hörmətli bir vücudu qaib etdiklərini bildim. Ah! Bu biliş, bu fəhm menə çox acı-acı həqiqətlər ərz edıyor. Nasıl etməsin ki, şəkililərin qibleyi-ümidleri, müsəddər həyat və istiqlalları, kəbəyi-övladlan, telimgahi-islamiyyət ve insaniyyətləri, meqerri-nicat ve səadətləri olan zəmanə müvafiq məktəbləri və mədrəsələri bu gün ən müşfiq bir şafeyi-dünyəvi, ən mərhəmətli bir hamiyi-kəraməti itirdi. Beli, Şəki öylə bir vücudi-möhterəmi qayib etdi ki, o vücud bizim Zaqafqaz müsəlmanları içində misli az eşidilən bir sənədə, yəni hənuz iyirmi yeddi yaşlarında ikən belə millətin həyanı, bəqası ancaq üsuli-cədid məktəb və mədrəsələri ilə olduğuna yəqin hasil edərək ən birinci məqsədi, arzusu və işi onlara rövnəq vermək olmuşdur. Qardaşı mərhum Ağa Məhəmmədin məsləkini təqib edərək millət və maarif yoluna sərfi-hümmət etməyi özünə vəzifeyidiniyyedən hesab edərdi. Bu etiqadı saf, bu etimadı insaniyyətpərvəranə Şəkidə ən birinci üsuli-cədid məktəbinin təməlini, bünövrəsini qoyanların ən birinci qəhrəmanlarından, igidlərindən daha özgə təbirlə fedayilorindən idi. Mərhum millət ve maarif yolunda boş söz deyil, pul, həm də tümən-tümən pul sərf etməkdə yoldaşlarına qarşı bir nümuneyi-ibrət olurdu.Üçüncü məktəbin təşkilindən ki, bu gün səkkiz, doqquz il olur, imdiyə qeder hər nə vaxt məktəblərə, mədrəsələrə, məscidlərə ianə, kömək lazım olmuş isə heç birindən geri qalmamışdır. Ümumi ehsan və ianə işlərinə özgələrə daima nümunə olacaq surətdə iştirak etdiyindən başqa özbaşına olaraq bir çox əsərlər də vücuda gətirmişdir: Şəkidə yuxan Baş məscidini nəzərrüba bir surətdə təmir və tərmim etdirdi. İslamiyyət nöqteyi-nəzərindən məscidin rövnəqini, ibadət-gahın tetimməsini – daha açıq sözlə – məscidin yarısını yeni üsuli-mədrəsə və məktəb hesab etdiyindən məscidin yanında kiçik, gözəl bir məktəb və mədrəsə bina etdirdi.
Biz də vaxta görə çalışaqMillət, yetər bu sabir, bu cövrü təhammülat, Heç olmasın cəhalətə bağlı olan həyat Hər zamanın bir təqazası, hər təqazanın bir təsiri vardır. Zamanın təqazasına uymayan, ümumun getdiyi nicat yolu ilə getməyən bir kişi və ya bir millət dünya, məişət ve həyatca özgələrdən geri qalar; geri qaldıqca qonşularının mərifətli, mərifətli olduğu nisbətdə qüvvətli olan ayaqlarının altında əzilib qalar, bəlkə də bir vaxt yox olar, gedər. Buna incədən-incəyə dəlillər axtarmaq lazım deyil. Tarixi-aləm bu təbii qaydaya misal olacaq vüquat ilə dopdoludur. Tarixi-düvəli buraxıb, tarixi-müqəddəsə, əksəriyyətlə istədiyimiz ilahi ve şeri üsullara baxalım. Səbebülesbabın əmr və hökmlərinin əsası və həqiqəti ümumiyyətlə, özü kimi bir olduğu halda yene ayrı-ayrı hökmlü, kitablı peyğəmbərlər hadilər göndərməsi məhz zəmanənin təqazasına görə hərəkət və “dəyişmək” gərək olduğu lüzum vo hökmünə görə deyil də, aya nədir? Əgər zəmanənin təqazasına görə hərəkət, təbdili-əməl, “dəyişmək” lazım gəlməsə idi, əlbəttə, bir peyğəmbərin təbliğ ve məzhəbi, peyğəmbərin bəxt və vücudu kafi idi. Halbuki böylə olmadı. Olması da təbiətə, ağıla mümkün də deyildi. Zəmanəyə görə dəyişmək, hər zaman icab edirdi. Buna görə beş, on, yüz deyil, “zəmanəyə” görə minlərcə peyğəmbər gəldi. Ümumi bir rəvayətdə bunların sayısı yüz iyirmi dörd minə də çıxarıldı. Həm də böylə lazım idi. Ehtimal daha da çoxdur. Çünki zaman, əql, hikmət, təbiət böylə icab edərdi, böyle istərdi, indi həzrəti Adəmdən axır zaman peyğəmbərinə qədər keçən zamanı yüz iyirmi dörd min il fərz və təxmin edərsək, ildə beş peyğəmbər gəlmiş imiş. Demək olur ki, bunlardan bəziləri əslafinın təbliğinə məmur olduğu ehkam və əməli cüzi bir təğyirlə təbliğə məmur olmuş isələr də, çoxunun məzhəb və şəriətinin surəti icrası bütün-bütün ayrı idi. Böyle olması da labüd ve lazımdı. Bu səbəblədir ki, həzrət Məhəmmədin ümməti olan bizlər indiki məzhəb və əməllərimizlə nə surətlə müsəlman isək, keçmiş cümlə peyğəmbərlərin ümmətləri də əksərisi bizimkilərə müxalif olan əməllərilə bərabər yenə xalis-müxlis müsəlman idi.Demək zəmanəyə görə dini əməllərin dəyişilməsi əsas islamiyyəti əsla dəyişmir. Bu hal dini əməllərin zəmanəyə görə dəyişilməsi işlərimizin də zəmanəyə görə dəyişilməsinə nümuneyi misal olmazmı? Hər dürlü etiqadi-əməldə əsasən bir olan islamın fel və əməldə az-çox fərqli olaraq Hənəfi, Şafi, Maliki şöbələrinə ayrılması əcəba zaman və halın (özgə səbəblər və müəssirlər də məlum isə, cümləsinin həqiqi müəssiri yenə zamandır) təsir və icaba görə deyil də nədir? Hətta müctəhid din vücud və lüzumu zəmanənin təqazasına görə hərəkət etmək lazım olduğu hökmü əsasına görə deyilmi? Bir az daha irəlilərə gedək: zəmanənin təqazasına görə təbdili-əməl ve təğyiri-hərəkətə ən həkimanə şahid axtararsaq, yenə həzrəti-peyğəmbərin öz vəxtisəadətlərində tapacağıq. Tapacağıq ki, o hallar, o hikmətlər bir yerdə sancılıb yatıb, tərpənmək istəməyən biz tənbəllərə birər ibrət və nümunə olsun.
Ağacı Qurd İçindən YeyərBir neçə ay əvvəl Rusiya müsəlmanları bir xeyli qeyrət və hərə-kətə gələn kimi oldular. Uzun qəflətdən birdən-birə ayıldıqlarını guya göstərmək istədilər. Hər tərəfdən hay-huy qopdu. Hər yanda qulaqlarımız “islah-reforma” sözlərilə doldu. Yaralarımıza məlhəm vurulacaq sandıq. Zəif vücudumuza qüvvət gələcək xəyal etdik. Hər qəlbdə bir fərəh, bir ümid oyandı. Hər başda tazə bir çiçək açılacaq kimi oldu. Her səmtdə bir təlaş, hər kəsdə haldan narazılıq görünürdü. Hər əhəmiyyətli, bilikli müsəlmanda millətinin dərdinə çatmaq, qayil qardaşlarının qeydinə qalmaq kimi böyük-böyük fəzilətlər, böyüklüklər büruz etdi. Hər yandan millət vəkillərimiz böyük şəhərlərə toplandılar. Bitməz, tükənməz dərdlərini, dala qalmalarının səbəblərini, həqir, fəqir olmaqlarının baislərini axtardılar. Dərdləşdilər, hətta uzun-uzadı mübahisələr, münaqişələr etdilər. Böyük zəhmətlər ilə, uzun diqqətlər ilə millətin naxoş və zəif vücudunu müayinə etdilər. Hər həmiyyətli, bilikli həkimlər kimi millətin ehtiyaclarım, qara dərdlərini ağ kağızlara köçürdülər. Məlhəm verilmək üçün uzun-uzadı reseptlər, ərzi-hallar yazdılar. O yazılan məlhəmləri almaq üçün yolun uzaqlığına, zəhmətinə baxmadılar. Peterburqa qədər getdilər. Ərzi-hallarını dövlət şurasına dövlət kişilərinə verdilər. Bununla da kifayət etmədilər dərdlərini, istədiklərini paytaxt qəzetinə yazdırıb aləmə elan etdilər. Böyük dövlət kişiləri ilə üz-üzə görüşdülər. Zərurətlərini, dərdlərini, dil ile də bəyan etdilər. Sonra? Sonra nə olacaq?“Biz istəklərinizə baxarıq, özgə millətlər ilə hallarınızı bir etməyə mümkün qədər çalışarıq…”cavabını aldılar. Yerlərinə sağ və salim qayıtdılar. İndi onlar ilə bərabər müsəlman camaatı verilən ərzi-halların, alınan vədlərin xeyirli nəticələrini gözləyirik. Bəli, biz döqeyri-məzhəb – rus təbəəsinə verilən hüquq ve müsaideleri gözləyirik. Biz də bu mədəniyyət, İnsaniyyət əsrində her xüsusda mədəni insanlar cərgəsinə qoyulacağımızı gözləyir. Bəli, hamımız gözləyirik. Abrazovannımız, alimimiz, ruhanimiz, hamımız gözləyirik. Heç kəsdə ciddi hərəkət, işinin dalına, peşinə getmək yox. Guya Peterburqa, Tiflisə vəkillər göndərib ərzi-hallar verməklə hamı borcumuzu, işimizi qurtarmış hesab edirik. Aman, nə yaman xəsiyyətimiz var. Bir işin, bir tədbirin sifdəsində cuşə gəlirik, bant kimi alovlanırıq, göylərə qalxırıq. Lakin çox keçməyir ki, yenə sükutlaşırıq. Yenə sönürük. Yenə diblərə enirik. Xüsusi işlərimiz kimi ümumi işlərimizi də “Allah kərim” quyusunun lap derin yerinə tullayırıq. İştə bu qəflətimizdən, bu bədbəxtliyimizdəndir ki, verilən ərzi-hallardakı bəzi istəklərimizə acı-acı cavablar alırıq da, xeyrimiz belə olmayır.