Cəbhə bayatıları
Oxuma, sarı bülbül,itirdim yarı bülbül.Burda mən qərib oldum,ŞUŞADA Xarı bülbül.
A dağlar, ulu dağlar,kəsdiniz yolu dağlar.Əvvəl çeşməli-sulu,indi qorxulu dağlar.
KƏMƏRLİDƏN verdilər,Meşə, mədən verdilər.Erməni yer istədi,bunlar vətən verdilər.
Qonşum erməni oldu,dedi yer mənim oldu.And içdim, “qardaş” dedim,and mənə qənim oldu.
GƏNCƏYƏ fişəng düşər,ev yanar, dirək düşər.Qoyma hönkürən olsun,çiynindən tüfəng düşər.
Gəmi gələr, yan gedər,yüz yerə güman gedər.Səngərindən qaçanınvətəni qurban gedər.
Yer qazıram qum çıxır,bal yeyirəm, mum çıxır.Şeytandan danışırlar,erməni qohum çıxır.
Bulaqlar orda qaldı,yaylaqlar orda qaldı.
Oğlan səngərdə öldü,Qız ölmüş burda qaldı.
AĞDAMDAN üzü bəri,yol gəlir izi bəri.Ağdamda yer yarıldı,addadı yüzü bəri.
Erməni dərddə yansın,xeyirdə-şərdə yansın.Ağdamı yandırdılar,qoymayın BƏRDƏ yansın.
Zülümdür yerim, haray!kimə can verim, haray!Erməni əlindəyəm,gəl qurtar, ərim, haray!
XOCALIDAN gələn var,ağlayan var, gülən var.Bakıda toy qurmayın,Xocalıdan ölən var.
Paltar əyinə gərək,köçəm ƏYİNƏ gərək.Atı əldən gedənin,yəhər nəyinə gərək.
Yol gəlir QUBADLIDANXəbər alın atlıdan.Nəbi, Həcər hardadı? –itdi namus, batdı qan.
İgidlər ölməsinlər,ayrılıq görməsinlər.Siz yerə tikiş qoyun,torpağı bölməsinlər.
Ocaq deyim, köz deyim,yanır, necə döz deyim.Gedib üzü dönənəüzüm gəlmir söz deyim.
Bir xanım var, əri yox,Başqa dərdi-səri yox,Dükanda dünya satır,dünyadan xəbəri yox.
Deyirəm ayıb çıxır,demirəm hayıf çıxır.İRANDAN tacir gəlib,BAKIYA sahib çıxır.
Dünya, tamaşa dünya,beləcə yaşa, dünya.Başlar ayağa keçdi,ayaqlar başa, dünya.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-cebhe-bayatilari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,