Deyirdin dözərəm yarsız,Döz bağrı daş olan könlüm.Tufarqanlı Abbas

Yeddi payız keçdi... yeddicə saatevdə olmasaydın ev dağılardı.– Gec gəlsən ayrıllam, – deyərdim o vaxt,o qədər dedim ki, ayrıldıq art[?]

Gözlə görünməyən yara var, yara,ağrısı olmayan bunu nə bilər!“Mübarək” dediyim ipək paltaraonda ayıldım ki, “soxa” dedilər.

Ürək nalə çəkir bir şeyə görə,bilmirəm heç necə gətirim dilə;Sən sürmə çəkdiyin qara gözlərəmən torpaq ələdim öz əllərimlə.

De, necə yatırsan məzar içində,sən ki, qısqanırdın bir ara məni.Bu qədər qadınlar, qızlar içindənecə qoyub getdin, ay Sara, məni?!

Qoy insan qəminə insan gülməsin,qəlbini yoxlasın qoy bu hiss üçün.Yerdə qar olmazdı yeri heç kəsin,bir yastıq bəs idi ikimiz üçün.

Ayağın altında hey mürgülərdim,bir çimir alardım, o da birtəhər.Mən evi, eşiyi nəzir verərdim,Allaha and olsun, qalsaydın əgər.

Gəlninə aldığın cehizlik durur,toy niyə bilmirəm düşüb düyünə.Əl vurma demişdin,hamı əl vurur, –əl dəymək istəyir göz gördüyünə.

Mən indi gördüm ki, yoxdur əvəzin,seyrəldi yarama məlhəm qoyanlar.Həkimlər eşidib qoy inciməsin, –yaşadan mən oldum, öldürən onlar.

noyabr 1993

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов