İkinci məclis
Страница 1 из 2
ƏVVƏLİNCİ GƏLİŞ
Qurbanəli öz eviida əyləşib çubuq çəkir və fikir edir.
Q u r b a n ə l i. Məhəmməd ağa oxumaqdan o qədər dəm vurdu ki, indi də qulağım gur-gur gurulduyur. Doğrusu ki, heç özümün də ürəyim yoxdur. Ondan ötəri ki, istəmirəm mən də Hacı düşən günə düşəm. Binəva Hacı, neçə ildir Ömərin zəhmətini çəkib oxutdu, amma bununla belə, görükür genə kiçik oğlu böyükündən yaxşıdır: görükür, doğrudan oxumaq adamı yoldan çıxardarmış. (Fikrə gedir.) Amma yox! Bir dəli şeytan deyir, qoy kiçik getsin oxusun, görək axırı nə olar! Bu çağa kimi qoysaydım, indi bir şey olardı, ərizəmi yazardı. (Asqırır.) İnşaallah ki, xeyirdir. (Ayağa durub arvadını çağırır.) Ay Gülpəri! Ay Gülpəri!
İKİNCİ GƏLİŞ
G ü l p ə r i (içəri daxil olur). Nədir? Nə var? Niyə bağırırsan?
Q u r b a n ə l i. Acımdan öldüm ki! Bir az əppəkdən-zaddan ver, zoqqumlanaq. Bu vaxtacan hardaydın?
G ü l p ə r i. Harda olacağam? Su daşıyırdım.
Q u r b a n ə l i. Ata da arpa verdinmi?
G ü l p ə r i. Vermişəm.
Q u r b a n ə l i. Di allahını sevərsən, bir şey ver mən də yeyim. Tez ol!
G ü l p ə r i. Qarnın cırılsın! Səninki də elə yeməknən olsun. Amma əlini bir işə vurmuyasan.
Q u r b a n ə l i. Sən ola-ola, mənmi işliyəcəm?
G ü l p ə r i. Hamısını mənmi gərək eliyəm?
Q u r b a n ə l i. Görmürsənmi xalxın arvadları necə işləyirlər? Sən də yanı işmi görürsən?
G ü l p ə r i. Gözünə dursun! (Əli ilə gözlərini göstərir.) Sən məndən çoxmu işləyirsən?
Q u r b a n ə l i. Mən işləməsəm, sən hardan yeyərsən?
G ü l p ə r i. Arvad da olmasa, siz kişiləri bit-birə yeyər.
Q u r b a n ə l i. Allahı sevərsən, çox söylənmə, gəti görüm nəyin var.
G ü l p ə r i. Ayrandan savay nəyim olacaqdır? (Gedib tədarük görür.)
Q u r b a n ə l i. Allah evini tiksin! Ayran yeməkdən qarnımda ayran ağacı bitdi.
G ü l p ə r i (bir qabda ayran, bir parça qara çörək gətirib Qurbanəlinin qabağına qoyur). Ala, zoqqumlan!
Q u r b a n ə l i (hirsli Gülpərinin üzünə baxır və başını bulayır). Səni görüm zoqqumlanasan! (yeyir.) Əli qurumuş deyəsən heç duz tökməyibdir.
G ü l p ə r i (duz ətirir). Səni görüm duz ağacından düşəsən! Ala, bu da duz.
Q u r b a n ə l i. Ha ... ha! Arvad, sənin ağlın yoxdur, duzun da ağacı olarmı? Ha ... ha! (Gülür.) A Gülpəri! Səməd evdədirmi?
G ü l p ə r i. Yoxdur.
Q u r b a n ə l i. Bəs hara gedibdir?
G ü l p ə r i. Qoyuna gedibdir, nəyinə, lazımdı?
Q u r b a n ə l i. Heç.... (Asqırır.) Tək səbir gəldi. Allah, özün rəhm elə! (Fikir edir.) Səməd evə gələndə onun üstünü-başınıdüzəlt!
G ü l p ə r i. Genə nə olubdur? Xeyir ola!
Q u r b a n ə l i. Heç!... (yeyir.) Göndərəcəyəm şkola getsin. (Asqırır.)
G ü l p ə r i. Şkol nədir, ay kişi?
Q u r b a n ə l i. Getsin oxusun, bəlkə bir adam ola. (Asqırır.) Allahu-əkbər!
G ü l p ə r i. Ay kişi, sənin başına at təpibdir, nədir? Tək səbir gəldi. Bunun xətası var, aparıb oğlumu dəlimi eləmək istəyirsən?
Q u r b a n ə l i. Dəli niyə olur! Gedər oxuyar abrizinni olar, dana!
G ü l p ə r i. Abrizinni nədir?
Q u r b a n ə l i. Belə ərizə yazar, divan işlərini görər, çinovnik olar. Axırda görərsən ki, qobırnatornan bir yerdə çörək yeyər.
G ü l p ə r i. Allahını sevərsən, yerində ağır otur batman gələsən. Aparıb oğlumu əbəs yerə dəli eləmə!
Q u r b a n ə l i. Sarsaq-sarsaq söyləmə! Oxuyan da dəli olarmı? (yeyir.)
ÜÇÜNCÜ GƏLİŞ
Ağakişi içəri daxil olur. Gülpəri başını örtüb dişqarı çıxır.
A ğ a k i ş i. Salaməleyküm.
Q u r b a n ə l i. Əleyküməssalam, xoş gəlibsən, əyləş görək.
A ğ a k i ş i (başmaqlarını çıxarıb əyləşir). Nə yeyirsən, ay Qurbanəli?
Q u r b a n ə l i. Ayrandı, heç zad. Hərgah istiyirsən, deyim sənə də gətirsinlər.
A ğ a k i ş i. Yox, yox, istəmirəm. Mən də indicə xəngəl yeyib gəlmişəm.
Q u r b a n ə l i. Deyirlər bu gün naçalnik kəndə gələcək, doğrudurmu?
A ğ a k i ş i. Nə işdən ötəri?
Q u r b a n ə l i. İş azdımı? Çoxu deyirlər Pirverdinin işindən ötəri.
A ğ a k i ş i. Pirverdinin nə işi vardı ki?
Q u r b a n ə l i. Nişanlısını, qaynatasını və qaynanasını doğramadımı?
A ğ a k i ş i. Ah, rusun da görükür işi-gücü qurtarıbdır, yəni bu da bir böyük şeydirmi?
Q u r b a n ə l i. Əslinə baxsan, yaxşı eyləyibdir.
A ğ a k i ş i. Öldürməyinimi deyirsən?
Q u r b a n ə l i. Bəli.
A ğ a k i ş i. Niyə?
Q u r b a n ə l i. Axı, nnsafsız iş tutdular. Nə ki oğlanın pulu vardı, onu evə qoyurdular və yaxşı yedilər, elə ki, oğlanın pulu qurtardı, qızı ona dəxi göstərmədilər və evə də qoymadılar.
A ğ a k i ş i. Yəni eləmi olubdur?
Q u r b a n ə l i. Elə belə olubdur.
A ğ a k i ş i. Qızın adamları çoxdur. Pirverdinin işi çətin olacaqdır.
Q u r b a n ə l i. Nə çətinliyi var? Ancaq Sibirə göndərəcəklər. Bundan artıq bir şey olmaz. Özü də qaçıb gedibdir, allah bilir tutalar, ya yox.
A ğ a k i ş i. O heç, Sibirə getməyinə gedəcək. Amma vay qalanların gününə. Qızın adamları Pirverdinin nəslini qətən kəsəcəklər. (yanı üstə yıxılır.) Xülasə, bu işin xətası var.
Q u r b a n ə l i. Canları çıxsın, qoy biri-birinin ətini yesinlər.
A ğ a k i ş i. Elə, demə, bir vaxt olar, bizim də başımıza gələr.
Q u r b a n ə l i. Heç şey olmaz. İki oğlum var, ikisindən də arxayınam. Böyügünə demişəm, hansı qızı kefi istəsə, toysuz-zadsız götürüb qaçsın. Elə ki, qız evə gəldi, ondan sonra iş asandır. Mollanın ovcuna bir az pul qoy, o saat "ənkəhtü-vəzənnuşdu"nu oxusun, ondan sonra qızın ata və anasının da sözü olmaz. Niyazəli üç oğlunu da belə evləndirdi.
A ğ a k i ş i. Doğrudan, üçüdəmi qaçırdıbdır?
Q u r b a n ə l i. Üçü də!
A ğ a k i ş i. Yaxşı işdir, vallah! (Gülür.)
Q u r b a n ə l i. Bəs nədi? Başın ağrımır, dişin ağrımır. O ki, kiçik oğlumdur, o da çinovnik olacaqdır.
A ğ a k i ş i. Necə çinovnik?!
Q u r b a n ə l i. Qoyacağam.... (Asqırır.) Oxusun abrizinni olsun.
A ğ a k i ş i. A Qurbanəli, əyri oturaq, düz danışaq. Sənin atan-baban oxumuşdumu?
Q u r b a n ə l i. Yox.
A ğ a k i ş i. İndi bəs bu nə dəstgahdır sən eyləyirsən. Yanı atan-baban gedən yolnan getsən.
Q u r b a n ə l i. Ay cağ olmuş, qoy getsin adam olsun, ərizə-zad yazmaq öyrənsin, sənə də lazım olar.
A ğ a k i ş i. Deyirəm axı, işin-gücün yoxdur. Oxumağa qoyanların əli balamı batıbdır ki, səninki də yağa bata! Görmədinmi, dünən Hacı öz oğlu Ömərdən nə danışırdı? Görükür, Məhəmməd ağanın sözlərinə sən də inanırsan.
Q u r b a n ə l i. Bəs inanmayım, neyləyim? Kişi deyir "oxuyan adam olar".
A ğ a k i ş i. Biz oxumamışıq, görükür, biz adam deyilik. Gör sən allah, nələr söyləyir!
Q u r b a n ə l i. Yox, yox! (Uça səslə.) Deyir belə "oxuyan ağıllı, kamallı olub dünyadan xəbərdar olar, mərifətli olar, naçalnik kimi adamlarla danışıb söhbət edər". Deyir belə "bu dəmir yol (əli ilə göstərir), teleqraf, cürbəcürə maşınlar hamısı oxumaqla tapılıbdır". Dünən sizdən sonra mən genə yanına getmişdim. Belə şeylər nağıl eləyibdir ki, doğrusu, adam istəyir inansın.
A ğ a k i ş i. Ə, ağlın olsun! Hər şeyə inanma. Dəmir yol, teleqraf Adəm peyğəmbərin vaxtından qalan şeylərdir, allah-taalanın qüdrətidir, bunlara ağılmı çatar?
Q u r b a n ə l i. Nə bilim, vallah elə şeylər danışır ki, adamın ağzı açıla qalır. Deyir, bir neçə padşahlıqlar var, orda cütçü əlində qəzetə oxuya-oxuya cüt sürür.
A ğ a k i ş i. Bəs belə şeylər danışmasın, nə eləsin? Görür ki, xalx uşaqlarını vermir, ona görə bir az yalandan-palandan danışır ki, xalxı aldatsın. Bizim xalxı da aldatmaq çox çətindir?
Q u rb a n ə l i. Deyir, Hacının oğlu Öməri görürsünüzmü nələr eyləyir? Bunlar hamısı oxumağın gücünədir.
A ğ a k i ş i. Dəli dəlini tapar, doğru deyiblər. O da öz yoldaşını tapıbdır. Ah! Hərgah Ömər yaxşı oğul olsa atası onu çox istərdi. (Çubuğunu çəkir.)
Kitabxana.az · https://kitabxana.az/ru/works/nerimanov-nadanliq-ikinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bağçada.B a h a d ı r (tək oturub əlində qəzet oxuyur. Bup az fikirdən sonra.) Avqust ayı da gəlib çatdı.... Günlərim, dəqiqələrim ciddi surətdə yeriş edir.... Mümkün olsaydı, dəqiqələrimi gün, günlərimi ay edərdim. Sona kimi təmiz, pakizə bir vücuddan ayrılmaq dəhşətli bir vaqiəyə hazırlaşmaq kimi nəzərə gəlir....
Üçüncü məclisSonanın yatacaq otağı. Çarpayı, balaca miz, stullar.S o n a (pəncərənin qabağında oturub kitab oxuyur, hərdənbir gözlərini kitabdan götürüb fikrə gedir). Bu kitabda yazır: arvadların azad olmaqları özlərinə bağlıdır. Kişilərə ümid bağlayırlar isə öz məqsədlərinə çatmazlar. Mən də bu fikirdəyəm. Görəsən Bahadırın bu məsələdə fikri nədir? Burada olsaydı, soruşardım. Bu barədə bir saat mübahisəmiz olardı.... Mən çox vaxt ürəkdə onun sözlərini qəbul edirdim. Fəqət mübahisəmiz uzansın deyibən qəsdən dediyini qəbul etməzdim.... Məsələn, Bahadır burada olsaydı, mən deyərdim: xeyr, kişilər arvadları insan bilirlər isə özləri gərəkdir onlara azadlıq verələr. (Gülə-gülə.) Mənim sözlərimi qəbul etməyib, həm də tarix kitablarını, fəlsəfə inşalarını tökmüşdü, mənə dəlil gətirmişdi: "Xeyr, xanım! Arvadlar özləri hürriyyət qazanmasalar, kimsə onlara hürriyyət verməz. Təbii, hürriyyət heç vaxt verilməyibdir, alınıbdır" deyirdi. (Fikirdə). Ah, nə gözəl günlər! Nə gözəl saatlar! İnsanın ağlı mübahisə meydanında, əcəba, nə gözəl işləyir! İndi tək, günlərim bu kitablar arasında gedir. (Fikirdə.)
Dördüncü məclisPeterburqda Bahadırın otağı: yazı stolu, divan, kreslolar.... Stol üstündə kitablar. Bahadır oturub yazır və hərdənbir fikrə gedir.ƏVVƏLİNCİ GƏLİŞ
Beşinci məclisDəlilər evi. Səhnənin bir tərəfində ev, qabağında bağça, bağça ətrafında hasar. Dəlilərin paltarları: başlarında ağ dəsmal, üstlərində uzun ağ xələt, don, ayaqlarında ağ corab.Ə v v ə l i n c i d ə l i. (Səhnədən dəli deyil, fəqət anadanolma ağıldan kəm bir vücud səhnənin sol tərəfində oturub gözlərini bir nöqtəyə dirəyir, əlindəki kağızları çeynəyir).
Стихи других поэтов
آشفته و رسوای جهانم چه توان کرد؟
RəngdirUyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir.Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir,
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.