Birinci məclis
Страница 2 из 2 · 50%
DÖRDÜNCÜ GƏLİŞ
Şah Hüseyn xan və Ədhəm xan.
Şah Hüseyn xan içəri daxil olub taxta əyləşir. Bir qul qəlyan gətirir.
Ş a h H ü s e y n x a n. Ədhəm! Vəzirlər hələ gəlməyiblər?
Ə d h ə m x a n. Xeyr, qibleyi-aləm!
Ş a h H üs e y n x a n (bir az fikirdən sonra). Gürcü bəyə də adam göndərmək gərək. Çünki Gürcü bəy eşidirəm, can və dil ilə qulluq edir. Bu barədə onun təsəvvürünü də bilmək lazımdır, zənn edirəm.
Ə d h ə m x a n (rişxənd). Layiq deyil ki, Gürcü bəy qibleyi-aləmin məclisində əyləşib dövlət barəsində öz təsəvvürünü danışsın. Bundan əlavə, Gürcü bəy çox hünərli və şücaətli olmuş olsa da genə xaçpərəstdir. Belə bir adamın müsəlman
dövlətinə təmiz ürəklə qulluq etməyinə şəkkim var. Və dövlətin bir para pünhan işlərini hər adama demək olmaz.
Ş a h H ü s e y n x a n (bir az fikirdən sonra). Gürcü bəy bu vaxtadək dövlətə xəyanət etməyibdir və bir də onu çağırmaqdan
əsil məqsədim budur ki, kürdlərin müqabilinə göndərəm. (Fikir.)
Ə d h ə m x a n. Qibleyi-aləm! Kürdlər....
Ş a h H ü s e y n x a n (hirsli). Yaxşı! Adam göndər çağırsınlar. (Başını əli ilə tutub fikrə gedir.)
Ə d h ə m x a n. Baş üstə! (Tərəfə.) Bu yaxşı işə bənzəməyir.... (Gedib qapıda duran fərraşa yavaşdan deyir ki, Gürcü bəyi çağırsın.).
Ş a h H ü s e y n x a n (əli ilə ürəyini tutur). Ürəyim bu gün çox döyünür. Oh! Oh!
Ə d h ə m x a n. Qibleyi-aləm! Vəzirlər gəliblər.
Ş a h H ü s e y n x a n. Gəliblər? Yaxşı, de gəlsinlər.
BEŞİNCİ GƏLİŞ
Cəfər xan, Rza xan və Məhəmməd xan daxil olub hamısı təzim ilə salam edirlər.
Ş a h H ü s e y n x a n. Həzərat, əyləşin. Ədhəmin deməyinə görə xəbər gəlibdir ki, kürdlər guya dövlətin üzünə ağ olublar. (Gürcu bəy içəri daxil olub qapının ağzında durur və Hüseyn xan onu görüb.) Gürcü bəy, əyləş. İşdən belə məlum olur ki, kürdlər bu yavuq vaxtdan baş qaldırıblar. Ona görə ümid edirəm ki, beş yüz sərbaz göndərsəm, onların öhdələrindən gələrlər.
C ə f ə r x a n. Əlbəttə!
R z a x a n. Hələ o da çoxdur.
M ə h ə m m ə d x a n. Mümkündürmü beş yüz sərbazı bu yaxın zamanda cəm etmək?
Ş a h H ü s e y n x a n. Bu iş mühəvvəl olunur Ədhəmə.
Ə d h ə m x a n. Qibleyi-aləm! Cəm etmək asandır!
C ə f ə r x a n. Beş yüz yox ki, min də yığmaq olar.
R z a x a n. Əlbəttə!
M ə h ə m m ə d x a n. Bunlara gərəkdir yaraq-əsbab tapıla. Mümkündürmü bu tezlikdə?
Ş a h H ü s e y n x a n. Elan etmək gərək ki, hər kəsin evində nə yaraq-əsbab olsa götürsünlər və qoşunun sərkərdəliyini Ədhəmə mühəvvəl edirəm. Gürcü bəyi də özünlə götürərsən. (Gürcü bəyə tərəf.) Bu barədə sənin fikrin nədir?
G ü r c ü b ə y (ayağa durur). Qibleyi-aləm! Mən həmişə vətənə və dövlətə qulluq etməyə hazıram. Qibleyi-aləmə məlumdur ki, kərratla düşmənlərin qabağına getmişəm və həməvaxt vətənə olan qeyrət və məhəbbətimi göstərmişəm. Hərçənd dörd ay bundan müqəddəm mənim barəmdə vəzirlərin biri bədgüman olub qibleyi-aləmə məni pis qələmə vermişdi. Amma əfqanların məğlub olmaqları və xanlarını əsir etdiyim sizə məlumdur. Ümid edirəm ki, mənim qibleyi-aləmə və vətənə ixlasi-qəlblə qulluq etməyimdə şübhə qalmadı. Əzbəs ki, məhəbbətim vətənə nəhayətdə çoxdur. Ona görə özümə borc bilibqibleyi-aləmdən izin olsa, öz təsəvvürümü bəyan edərəm.
Ş a h H ü s e y n x a n. Söylə, qulaq asıram. (Hamı Gürcü bəyə baxır, Ədhəm xan yerə baxır.)
G ü r c ü b ə y. Bu gün qibleyi-aləmin hüzuruna yığılmaqdan məqsud, vətənimizi bəladan xilas etməkdir, zənn edirəm. Bəlanı rəf etməkdən müqəddəm lazım gəlir ki, əvvəl bəlanın gücünü özümüz üçün bəyan edək, görək necə bəladır? Kürdlər Cavad xanı iki ay bundan müqəddəm öldürüb dövlətin üzünə ağ olublar....
Ş a h H ü s e y n x a n. İki ay?
G ü r c ü bəy. Bəli, qibleyi-aləm! İki ay!
Ş a h H ü s e y n x a n (Ədhəmə). Bəs sən deyirdin bir-iki gün bundan müqəddəm?
Ə d h ə m x a n (dili tutulur). Gərək ki, iki ay....
Ş a h H ü s e y n x a n. Hə ... hə ... hə.... (Acıqlı Gürcü bəyə.) Söylə görüm.
G ü r c ü b ə y. Bəli, qibleyi-aləm, iki ay.... Məlumdur ki, kürdlər çox qoçaq, vəhşi tayfadır. Bu iki ayın ərzində kim bilir nələr ediblər? Bunların müqabilinə beş yüz, ya beş min və ya on min adamla getmək olarmı? Mən davadan qorxmuram, ancaq
gərəkdir düşmənin müqabilinə gedəndə hər bir müşkülatı nəzərə gətirək. Mən istəyirəm bilim: Ədhəm xan nə üçün iki ay bundan müqəddəm eşidilən xəbərlərə inanmayıb hazırlaşmırdı.
Ş a h H ü s e y n x a n (acıqlı Ədhəmə). Cavab ver!
Ə d h ə m x a n (ayağa durur). Qibleyi-aləm! İnsan gərəkdir səbirlə iş görə, xüsusən dövlət işlərində. Bu vaxtadək xəbər doğru olmağını istəyirdim təhqiq edim....
G ü r c ü b ə y. Qibleyi-aləm! Bu sözlərdə bir cüzi sədaqətlik olsaydı, mən söyləməzdim, amma....
Ş a h H ü s e y n x a n. Nə üçün fikrə getdin?
G ü r c ü b ə y. Qibleyi-aləm, məni bağışlayın, ürəyimdə hər nə var demək istəyirəm.
H a m ı. Söylə! Söylə!
G ü r c ü b ə y. Doğru, mən xaçpərəstəm, bununla belə insafım mənə buyurur, məni vadar edir ki, vətənə dair fikirlərimi açıq-açığına söyləyim. Doğrusu, vəliəhdə olan məhəbbətim və onun gələcəyi məni vadar edir deyim: vətənin, dövlətin
düşməni Ədhəmdir. Bu gün hənuz burada, qibleyi-aləmin təşrifindən müqəddəm gəlib ona Qafqazdan aldığım məktubun məzmununu oxuyuram, bu məktubda yazılıbdır: Badikubə, Şirvan, Şəki və Dərbənd ləzgilərə tabe olublar....
Ş a h H ü s e y n x a n (acıqlı yerindən durur). Necə? Nə deyirsən? Bu.... Bu.... Bu....
G ü r c ü b ə y. Bəli, qibleyi-aləm! Bu mahalları ləzgilər özlərinə tabe ediblər. Və bir xəbərə görə qaçaq Nadir istəyir gedib orada müstəqil hakim olsun.
R z a x a n. Qəribə işdir! Az düşmən var idi, Nadir də bir tərəfdən.
C ə f ə r x a n. Bu vaxtadək xəbərimiz yoxdur!
M ə h ə m m ə d x a n. Nədən xəbərimiz var ki, ondan da olsun.
G ü r c ü b ə y. Qəribə odur ki, bu xəbərləri Ədhəm xana dedikdə mənə buyurdu: "Bu xəbərləri heç kəs bilməsin".
Ş a h H ü s e y n x a n (hirsli yerindən durur). Ədhəm! Ədhəm! (Hamı ayağa durur, Şah Hüseyn xan taxta yıxılarkən vəzirlər gedib tuturlar.)
PƏRDƏ
Kitabxana.az · https://kitabxana.az/ru/works/nerimanov-nadir-sah-birinci-meclis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yoldaş! Şəhərdə qalan müsəlmanlar öz səhvlərini düşündükdən sonra Şura hökumətini qəbul ediblər. Fəqət bunları çaşdıran budur ki, siyasi müharibə axırda milli müharibə yönü alıbdır. Bu əhvalat Şura hökumətinə ləkə salıb, onu qara örtük ilə bürüyür. Hərgah siz bu yavuq vaxtda bu qara örtüyü cırıb, bu ləkəni təmizləməsəniz, bolşevik fikri və Şura hökuməti burada davam edə bilməyəcəkdir.Sizə məlumdur ki, top tüfəng qüvvəti ilə alınmış hökumətin camaat arasında nüfuzu olmazsa çox yaşaya bilməz. Buna binaən var qüvvətiniz ilə gərəkdir çalışasınız ki, camaat düşünsün, hiss eləsin ki, bu müharibəyə milli rəng verən qara qüvvə ilə Şura yoldaş deyildir. Gərək nəinki söz ilə, fel (iş –Red.) ilə bildirmək və göstərmək ki, “qara qüvvə” ilə siz açıq-açığına müharibə edirsiniz.
NadanlıqƏFRADİ-ƏHLİ-MƏCLİSM ə h ə m m ə d a ğ a--kənd müəllimi, cavan oğlan, rus paltarında.
Birinci məclisƏVVƏLİNCİ GƏLİŞMəhəmməd ağa öz otağında, otağın bir tərəfində miz və bir neçə kürsü.
İkinci məclisƏVVƏLİNCİ GƏLİŞQurbanəli öz eviida əyləşib çubuq çəkir və fikir edir.
Стихи других поэтов
Mən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Müxəmməs: Gəlmiş ol alicənabın qasidi istər tüfəngGəlmiş ol alicənabın qasidi istər tüfəngEy gözüm, nəzzarə qıl, bax hər yana axtər tüfəng
OlduDəhrdə cəfa əlindən,Əlif qəddim kaman oldu.