Pir
Страница 6 из 9 · 56%
Çoban bunu eşitcək dizləri üstə çöküb yeri öpdü, ağladı. "Atam-anam sənə qurban" deyib alnını torpağa qoydu və sonra ayağa durub dedi:
"Gedim bu saat adamlara deyim, ziyarətə gəlsinlər." Molla Cəfərqulu dedi:
"Yox, pir tapılanda qayda bunadır ki, əvvəl piri tapan adam özü gərəkdir camaatı yığıb nağıl edə, qeyri bir adam xəbər verərsə pir yox olar.... İndi sən get, özün də dalına baxmayasan, evdə danışa bilərsən. Ancaq pirin barəsində bir söz də söyləməzsən, sabah bunun duasını oxuyub elan edəcəyəm....
Çoban tez durub getdi və molla dediyinə də əməl etdi. Çoban bir qədər getmişdi, Gülbadam yavaş-yavaş ayılıb başının üstə Molla Cəfərqulunu gördü. Tamam bədəni iztirabda ikən ağladı....
Molla Cəfərqulu bunun ayaqlarına düşüb yalvardı və çobanın əhvalatını nəql etdi və dedi:--Aramızda olan əhvalat açılmasın deyə, mən buranı çobana pir nişan verdim. İndi sən qurana and iç ki, bu sirri heç kəsə ölənədək deməyəcəksən.
Gülbadam çox da fikir etməyib dedi:
"Səni and verirəm qurana, mənə əl vurmayıb salamat evə buraxasan, mən də qurana and içirəm ki, sənin bu hiyləni ölənədək açmayacağam. Mənim ismətim mənə hər şeydən qiymətlidir...."
Bu sözlərdən sonra qalxdı və heç bir şey söyləməyib ev tərəfə yeriş etdi. Molla Cəfərqulu da dinməz-söyləməz dalıca gəlirdi.... Ertəsi gün Molla Cəfərqulu pirin tapılmağını min hiylə ilə elan etdi. Gülbadam isə şeylərini yığıb əmisinin evinə köçdü.
Molla Cəfərqulunun arvadı Molla Tutu Gülbadamın çox o yan-bu yanına keçdi ki, bunun tez-tələsik köçməyinin səbəbini bilsin. Fəqət "əmim yalqızdır, baxanı yoxdur", sözləri ilə canını qurtardı.
Zatən Molla Tutu Gülbadamın köçməyinə çox şad idi. Çünki ərinin Gülbadama olan "mehribançılığını" görürdü və hiss edirdi.Gülbadamın əri öləndən sonra bu "mehribançılıq" daha da artmışdı. Molla Tutu Gülbadamın tərəfindən arxayın idi. ÇünkiGülbadamı ürəkdə təmiz adam bilir idi. Fəqət ərinin vicdansız bir hərif olmağını da çox yaxşı bilir idi. Yenə necə olsa fikir edirdi: bəlkə əri Gülbadamı aldı. Çünki Molla Tutudan Molla Cəfərqulunun tək bir oğlu vardı. Hətta qardaşı öləndən bir neçə gün sonra övlad barəsində bir balaca söhbət də olmuşdu.... Molla Tutu isə bununla belə dərin məsələləri tez başa düşərdi. Yəni bir çətin də məsələ yox idi ki, başa düşməsin.... Molla Tutu kişilərin xasiyyətini bilirdi, bilirdi ki, ciblərində bir az artıq pul olanda arvad fikrinə düşərlər.... Xüsusən öz ərini yaxşı tanımışdı. Hələ qardaşı sağ ikən Molla Cəfərqulunun başından hərdənbir qara fikirlər keçirdi.... O deyildi ki, qardaşının ölməyini istəyə idi.... Xeyr, qardaşı yaman bir mərəzə düçar olmuşdu. Ona binaən hərdənbir fikir edərdi: bəlkə birdən öldü, sonra? Gülbadam necə olsun?
Molla Cəfərqulu özünü qeyrətli müsəlmanlardan hesab edirdi. İstəyirdi ki, "islam milləti artsın....".
Hətta Molla Tutunun qulağını doldurmaq üçün qardaşı öləndən sonra hərdənbir söhbət açıb deyərdi: "Bilirsənmi, islamda bir çox şey var ki, biz hələ onu lazımınca anlamamışıq. Məsələn, iki, üç, dörd arvad almaq məsələsi böyük əhəmiyyətli bir məsələdir.Heyfa ki, biz başa düşmürük. Bunun əsil səbəbi budur ki, islam milləti çoxalsın, qüvvətli olsun....".
Molla Tutu da çünki mərsiyəxanlıq edərdi, ona binaən belə nazik mətləbləri tez düşünərdi və onun cavabında həmişə deyərdi: "Çox oldu nə xeyri? Odur, bir oğlun var, yaxşı quran oxumaq da bilmir". Molla Tutunun fikrincə, bir müsəlman ki, quran oxumaq bilmədi, bütün müsəlman olmazdı. Və həmişə arvadlara deyərdi: "Ey uşaqlarına quran oxutmayan analar! O dünyada nə cavab verəcəksiniz?".
Doğrudan da, bunun sözləri təsirsiz qalmazdı: bir də görərdin səhəri ananın biri qorxub qızını Molla Tutunun yanına göndərdi ki, quran oxutsun....Əlbəttə, quran oxumaq istəyənin əvvəl çərəkə qurtarmağı var, sonra quran başlamağı və sonra quran qurtarmağı. Bunlar da hamısı müəllimənin, yəni Molla Tutunun zəhmətinə bağlı bir iş idi və yaxşı da işə keçirdi....
Nə isə, Molla Cəfərqulu belə söhbətləri açanda Molla Tutu aciz qalmazdı. Fəqət bununla belə Gülbadamı da gözündən buraxmazdı. Hara getsə idi, Gülbadamı da özü ilə aparardı. Onu tək evdə qoymazdı və ərinin də hərəkətlərinə dörd gözlə baxardı. Bir az əri Gülbadamın üzünə xoş baxsa idi, üç günlərlə yeməzdi, içməzdi, donquldanardı. Belə əhvalatlar da Gülbadamın əri öləndən sonra tez-tez olardı. Molla Cəfərqulu çox "mehribançılıq" edərdi, hətta hərdənbir paltarlıq da alardı. Molla Tutu acıqlananda deyərdi: "Arvad! Allah heç kəsi yiyəsiz etməsin, onun bu saat ürəyi sınıqdır, alanı yoxdur",deyib keçərdi. Gülbadam isə öz-özünə deyərdi: "Bu mənim ərimin qardaşıdır, məni öz balası kimi istəyir...." Hətta hərdənbir fikir edərdi: "Mənə quru çörək də versələr, buradan getməyəcəyəm. Onsuz da bunlara qulluqçu lazımdır, mən də bunlara qulluqçu əvəzinə işlərəm, günümü keçirərəm".
Doğrudan da, Gülbadam işsevən, zəhmətkeş bir arvad idi. Evdə qalarkən səhərdən axşamadək işlərdi. Fəqət əri öləndən sonra Molla Tutunun məcburi quyruğu olmuşdu. Molla Tutu, evdə tək qalmasın deyə, qaynı öləndən sonra ərinin qorxusundan Gülbadamı özü ilə həmişə aparardı. Molla Cəfərqulu da bunu xoşlamazdı, hətta bir gün dilə gəlib dedi: "Canım, özün gedirsən gəlinisə də evdə qoymursan ki, vaxtında çayımı verə".
Fəqət belə sözlər Molla Tutunun qulağına girməzdi.... O gecə də bir fürsət idi, Molla Cəfərqulunun əlinə düşmüşdü.... Xəbər gəldi ki, Gülbadamın əmisi yaman haldadır, Molla Cəfərqulunu çağırır. Haman gün də Molla Tutunun bir az keyfi yox idi. Çünki gündüz mərsiyə oxuyub çox çığır-bağır etmişdi ki, məclisi ağlatsın; pul yığılan gün idi. Nə isə bunları bir yerdə buraxdı. Buraxıb da ərinin tamam hiyləsinin açılmağına səbəb oldu. Molla Cəfərqulu hələ əmisigilə gedən baş istəyirdi başlasın. Sonra fikir etdi ki, Gülbadamın halına müvafiq yarayan iş deyil.... Hətta fikrindən bu da keçdi: əmi yaman halda olursa, orada qalsınlar, çünki bunlardan başqa əmisigildə heç kim yox idi.... Nə isə, Molla Cəfərqulu bir ayın, bəlkə daha çox vaxtın ərzində başında bəslədiyi fikirləri əlacsızlıqdan tab gətirə bilməyib, qoz ağacının dibində aşkar etdi. Aşkar edib də Gülbadam kim olduğunu düşündü....
Molla Cəfərqulu arvadlara həqir bir nəzərlə baxan kişilərdən idi. Fikir edirdi: "Hələ qızların barəsində bədgüman olmaq yaxşı deyil, dul arvada nə var? Nə üçün də olmasın?" Fəqət onu düşünə bilmirdi ki, arvadın yaman yola düşməyinə çox-çox ağır səbəblər lazımdır.... Pozğun əxlaqı, çirkin tərbiyəsi, paslanmış beyni nazik bir mətləbi düşünməyə qoymurdu, qoymurdu ki, arvadın ruhuna yavuqlaşıb da arvadda olan gizlin xəzinəni bilsin, düşünsün. Düşünsün ki, arvad ancaq məhəbbətinin qurbanı ola bilər.... Onu bilmirdi ki, namus meydanında kişi ilə arvadda böyük fərq var. Qız, məhəbbətinin qurbanı olub da bir çox vaxt əvvəlinci halından ikinci hala düşməyinə heyfsilənər, yanar, qovrular, oğlanınsa heç halına təfavüt etməz.... Qızda olan bu hiss bir çox arvadda dərin kök salıb arvad olduqda da bu hiss onun çox vaxt təmiz qalmağına səbəb olar. Kişilər yanında qadınların mərtəbəsini ucaldan bu hiss arvadların kişilər haqqında həqir bir nəzərdə olmaqlarına da səbəb olar....
Əlbəttə, Molla Cəfərqulu bunları düşünsə idi, birdən-birə palçıqlı əlləri ilə Gülbadamın boynundan qucaqlamazdı. Zəhərli dodaqlarıilə onun üzündən öpməzdi.... Bu vaxtadək mömin, müqəddəs, allah bəndəsi xəyala gələn Molla Cəfərqulu bir dəqiqədə Gülbadam üçün dəhşətli bir ilan olmağını düşündümü, ya yox?! Düşünmədi. Düşünsə idi xalqdan qorxub dərhal pir yapmazdı.
Gülbadam tək bir vicdanından çəkinib təmiz qalmağını tələb edərkən molla fəqət keçinəcəyini və bu məsələdə xalqın nəzərinifikrindən keçirib dərhal yalvardı və and verdi ki, bu sirr açılmasın....
VII
Gülbadam uşaqlıqdan indiyədək tamam başından keçəni göz qabağına gətirib indi əri Məşədi Allahverənin yuxusuna öz yanında gülürdü. Fəqət bilmirdi ki, bu yuxu onun rahatsızlığına və axırda daxili bir inqilabın törənməsinə səbəb olacaqdır. Məşədi Allahverən səhər namazını qıldı, çayını içib dükana hazırlaşırdı. Adət üzrə balasının yanına gəlib danışdırdı, yəni özü deyirdi,özü də eşidirdi: "Yaxşı, balam! Nə alım, nə gətirim?" Bu sözlər həmişəki sözlər idi.... Fəqət bu gün: "İnşaallah, bir həftədən sonra ayaq tutub gəzərsən, mənimlə dükana gedərsən...." sözlərini də artırdı.... Bu sözləri deyib getdi. Qapıdan küçəyə çıxmışdı, gördü qonşularından bir neçəsi yığılıb söhbət edirlər. Bunu görüb çağırdılar və dedilər:
"Məşədi, eşidibsən? Deyirlər Molla Cəfərqulu bu gecə ölübdür."
Kitabxana.az · https://kitabxana.az/ru/works/nerimanov-pir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sonanın yatacaq otağı. Çarpayı, balaca miz, stullar.S o n a (pəncərənin qabağında oturub kitab oxuyur, hərdənbir gözlərini kitabdan götürüb fikrə gedir). Bu kitabda yazır: arvadların azad olmaqları özlərinə bağlıdır. Kişilərə ümid bağlayırlar isə öz məqsədlərinə çatmazlar. Mən də bu fikirdəyəm. Görəsən Bahadırın bu məsələdə fikri nədir? Burada olsaydı, soruşardım. Bu barədə bir saat mübahisəmiz olardı.... Mən çox vaxt ürəkdə onun sözlərini qəbul edirdim. Fəqət mübahisəmiz uzansın deyibən qəsdən dediyini qəbul etməzdim.... Məsələn, Bahadır burada olsaydı, mən deyərdim: xeyr, kişilər arvadları insan bilirlər isə özləri gərəkdir onlara azadlıq verələr. (Gülə-gülə.) Mənim sözlərimi qəbul etməyib, həm də tarix kitablarını, fəlsəfə inşalarını tökmüşdü, mənə dəlil gətirmişdi: "Xeyr, xanım! Arvadlar özləri hürriyyət qazanmasalar, kimsə onlara hürriyyət verməz. Təbii, hürriyyət heç vaxt verilməyibdir, alınıbdır" deyirdi. (Fikirdə). Ah, nə gözəl günlər! Nə gözəl saatlar! İnsanın ağlı mübahisə meydanında, əcəba, nə gözəl işləyir! İndi tək, günlərim bu kitablar arasında gedir. (Fikirdə.)
Dördüncü məclisPeterburqda Bahadırın otağı: yazı stolu, divan, kreslolar.... Stol üstündə kitablar. Bahadır oturub yazır və hərdənbir fikrə gedir.ƏVVƏLİNCİ GƏLİŞ
Beşinci məclisDəlilər evi. Səhnənin bir tərəfində ev, qabağında bağça, bağça ətrafında hasar. Dəlilərin paltarları: başlarında ağ dəsmal, üstlərində uzun ağ xələt, don, ayaqlarında ağ corab.Ə v v ə l i n c i d ə l i. (Səhnədən dəli deyil, fəqət anadanolma ağıldan kəm bir vücud səhnənin sol tərəfində oturub gözlərini bir nöqtəyə dirəyir, əlindəki kağızları çeynəyir).
Şeytan bazardaBilməyirəm, qeyri müsəlman məmləkətlərində varmı-yoxmu, fəqət Qafqazda müsəlman şəhərlərinin hamısında "Şeytan bazarı" namında bir uram və ya bir məhəllə olmağını bilirəm. Təəccüb burasıdır ki, Tiflis müsəlman şəhəri olmaya-olmaya müsəlmanlar olan məhəllədə də Şeytan bazarı məlum məşhur bir bazardır. Qeyri yerlərdə bu bazarlara nə üçün Şeytan bazarı deyirlər isə bilməyirəm, fəqət Tiflisdə Şeytan bazarının tarixi vardır. Qədimdən həmin Şeytan bazarı doğrudan da bir şeytan yuvası idi: adam öldürərdilər, harada? Şeytan bazarında. Cib kəsərdilər, harada? Şeytan bazarında. Filan hacının oğlu var-yoxunu qumara uduzardı, harada? Şeytan bazarında. Filan Sibirə göndərilən, sonra qaçıb gələn adamı harada tapardılar? Şeytan bazarında. Biçarə kəndçiləri (...) soyardılar, harada? Şeytan bazarında. Böylə bir tarixi olan bazara Şeytan bazarı deməyib nə deyəcəksiniz?Qədimdə, yadıma gəlir, bu bazarda bir adət də var idi: qəribə, adətdən dişqarı bir paltarda adam görsəydilər, Şeytan bazarının cavanları ona sataşardılar. Məsələn: allah eləməsin bir adam kürkünü tərsinə geyinə idi o saat görərdin bazardan keçəndə hay-huy səsi bazarı götürərdi. Hay-huy səsi cəhənnəm! Nə olacaqdır. Boğazlarını çox da yırtsınlar. Amma, allah göstərməsin, qarpız qabığından. Bir də gördün hər tərəfdən qarpız qabığı başına yağış kimi yağır. Doğrudur, bu qarpız qabığı qulağın yanında vız edib getsə, genə xoşbəxtlikdir, fəqət yaxşı nişana vuranların əllərindən (çıxan) qarpız qabığı vız etməyib lap peysərə yapışıb qalır. Bu yamandır!
Стихи других поэтов
Al yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
OlduSalam olsun sənə, ey Hacı Kərim,Gözəllərin gözü xun-fişan oldu,
TəcnisDedim: gəl, dost, ikimiz həmdəm olalı,Ağı mən oxuyum, qarasan, qara,