Ana səsi
Nə güclüsən ana səsi,qadın səsi...Ürəklərdən qopub gələnodlu nəğmələr nəğməsi...Səadətə, xoş günə çağıran biziana səsidir.Qüdrətiylə aşıb keçənneçə qitəni, dəniziana səsidir.Rəngi istər ağ olsun,istər sarı, istər qara.Analıq bir şərəfdirinsanlara...Dünyada bir səs varmıAna səsi qədər doğma, mehriban?İlk laylanı dinləmişik,İlk şəfqət görmüşükanalardan.Vətənin ağır günündədöyüşə göndərib analar,Qaranlıqlar ərisin deyəÜrəyini məşələ döndərib analar.Xoş gündəkönülləri xoş meh kimisarıb keçən ana səsidir.Çətin yolları ümidlə, inamlayarıb keçən ana səsidir.Dünyada elə ana varmıKörpələrin təbəssümünügöz yaşına dəyişsin.
Dünyaları ona versələr belə!Elə ana tapılarmıBalasının bir gününə qıysın“Sənə əbədiyyət bəxş edərik” –desələr belə?!Bütün canlılar qoruyub balasını –Oddan, sudan, küləkdən...İllərin, əsrlərin arxasındanAnaların səsi gəlir:“Qoruyaram səni, körpəm,qızılcadan, çiçəkdən”.Silinir ölkələrdənQızılcanın, çiçəyin izi...Bombaların çopurundan,Yanğınların ləkəsindənQoruyur analar,Dünyamızı, yuvamızı, elimizi...Ana sözü dayandırarDağdan qopan vəhşi seli.Ana sözü oyandırarƏsarətdə yatan eli.Böyük ana,Yaratmısan öz əlinləKeçmişi sən, bu günü sən.Öz əlinlə qaldırarsanBu dünyanın kürəyindənFəlakətin yükünü sən.Bu gün bütün Yer üzündəSəs-səsə versə analarSülhün qalib bayraqlarıHər tərəfə əzəmətlə dalğalanar.Dinləyin, insanlar,Analar danışır,Üfüqlərdən-üfüqlərə dalğalananAnaların səsidir...Bu səsSəadət nəğməsi,Ümid nəğməsidir...
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-ana-sesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Gözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Tutiya eyləmişəm çeşmimə xaki-dəriniTutiya eyləmişəm çeşmimə xaki-dərini,Gözüm insaf eləsin, tökməsin əşki-tərini.
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,