Quşlar civildəşir, açılır səhər...Əlində sənəyi bir nazlı dilbərBulağın başına enəndə bəzənÜrkək maral kimi çöllərdə gəzənXəyalım yüksəlir, qalxır dağlara,Şaxtalı bir qışdan coşqun bahara!..

Yalqız otağımda bir çıraq yanır,Soyuq pəncərədən buzlar sallanır.Çıtırdayır ocaq, səslənir hərdən,Bayırda tufan var yenə səhərdən.

Çoxdandır tökülmüş sarı yarpaqlar,Günəşdə bu axşam bir qəriblik var.Quru budaqlarda zərif göyərçinİndi ev axtarır sığınmaq üçün.

Qanadlanır xəyal, uçur burdan daYenə mənzil salır başqa məkanda.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов