Ömrümü güllərə məftun yaşadım,Gülü, bənövşəni, nərgizi sevdim...Gecə qaranlıqda üşüdü qəlbim,Səhəri, işığı, gündüzü sevdim.

Ömrümün bəzəyi oldu həmişəGah dağ çiçəkləri, gah aran gülü.Ağladım üşüsə nazlı bənövşə,Ağladıqca görəndə nigaran gülü.

Deməyin çiçəklər dilsizdir, laldır,Ayrılıq rəmzidir bu ağ çiçəklər.Çiçəklər aləmi – incə xəyaldır,Gözəldir, qəşəngdir zanbaq çiçəklər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви