Yuxuda çiçəklər görürəm hər gecə,Öpürəm onları gizlicə...Hər yanım çiçək,yastığım, yorğanım çiçək...Çiçəklər əlvan-əlvan,çəmən-çəmən,Bu çiçəklər aləmindəXumarlanıb yatıram mən,Yuxuda çiçəklər görürəm.Qərənfili seçir könlümçiçəklər arasından.Elə bil iki damla qan sızırürəyimin yarasından.Bu alov rəngli qərənfilləriYar vermişdi ayrılıq dəmi.Elə bil çökmüşdüonların üstünə dünyanın qəmi...Yuxuda qərənfillərimi görürəm,Yığıb solan çiçəklərimi,Ümid çələngi hörürəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе