Bosfor sahillərində
İstanbulun üstündə duman pərdə-pərdədir,Türk qızı namaz üstə, yenə başın yerdədir.Hərdən göyə qaldırıb o zəif əlləriniƏrz edirsən Tanrıya gizlin əməllərini.Yalvarırsan Allaha bir oğlunu saxlasın.Dərdi, ağır möhnəti qoymasın ona yaxın.Gəl çıxaq bu camenin möhtəşəm binasından,Yaşıl gözlü Bosforu seyr eləyək bircə an,Səninlə gəzə-gəzə gedək sahilə sarı,Nə xoşdur, nə həzindir Bosforun axşamları.Türk qızı, əziz bacım, gəmiləri seyr elə,Qoy könül rübabımız gəlsin bu axşam dilə.Sən anasan, mənim də analıq şərəfim var,Anaların qəlbində birdir böyük duyğular.Oğlun qara fəhlədir, barmaqları qabarlı,Sənin qəlbin nigaran, könlün daim qubarlı.Min sıxıntı çəkirsən, güzəranın ağırdır,Dərdini eşitməyir, tanrın niyə, sağırdır?!Bosforda lövbər atıb dayanmış iki gəmi,Hərəsi təmsil edir bir yurdu, bir aləmi.
Birinin göyərtəsi dost, qardaş insanlardır,Onların arzuları səadətdir, bahardır.Bu sadə insanların xeyirxahdır niyyəti,İşıqlı dünyadandır, onlar sevməz zülməti.O sənə dost dünyanın sadə vətəndaşları,Əməkçi insanların həm dostudur, həm yarı.Sakit sularda salmış başqa bir gəmi lövbər,Bu gəminin üstünə qonmuşdur təyyarələr,Çəyirtkə kimi qonmuş təyyarələr yan-yana,Görəsən, bu gəlişlə nəyi etmiş bəhanə?!Tarixi abidələr, sənin şanın, vüqarın,Sultan Əhməd camein, müqəddəs mehrablarınYadelli başmağıyla qoyma ki, tapdalansın.Sənin ana ürəyin bir məşəl kimi yansın.Türk qızı, sən qoyma ki, qardaş qanı tökülsün,Oğulsuz anaların beli vaxtsız bükülsün.Sən anasan, mənim də analıq şərəfim var,Anaların qəlbində birdir böyük duyğular.Haray salıb qaldıraq anaları yuxudan,Dünyada heç bir ana mürgü döyməsin bu an,Qalxsın bütün analar, sülh, səadət naminə,Gələcək nəsillərə gözəl həyat naminə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-bosfor-sahillerinde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
DözməzmiEdən yar arzusunu möhnəti-əğyarə dözməzmi?Gülə aşiq olan bülbül cəfayi-xarə dözməzmi?
Bir gündə ölən ekizlərAnnələrinə*Eldəgəz və Yurdavar üçün*
Atalar dönsəydi qanlı cəbhədənAtalar dönsəydi qanlı cəbhədən,Dursaydı bizimlə çiyin-çiyinə