Bir dostun ölümü münasibətilə

İnsanlara, sədaqətə inanan,Etibara, məhəbbətə inanan,Xoş arzuya, xoş niyyətə inananBu insanın matəminə ağlasın.

Ayrılıq qəmiylə deyib gülməyən,Göz yaşını gözlərindən silməyən,Fəğan edib ağlamağı bilməyənÖz daxili aləmində ağlasın.

O yaşadı doğma elin eşqilə,Azad xalqın, azad dilin eşqilə,Ömür sürdü bir gözəlin eşqilə,Qoy dostları son qəmində ağlasın.

Nakam ölməz övlad qoyub gedənlər,Təmiz, gözəl bir ad qoyub gedənlər,Nəsilləri xoşbəxt qoyub gedənlərAyrılığın bu dəmində ağlasın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости