Qüssə qılınc kimi kəsirBir gün səni görməyəndə.Ürək yarpaq kimi əsirBir gün səni görməyəndə.

Bulud kimi hey doluram,Elimdə qərib oluram.Həm saralıb, həm soluramBir gün səni görməyəndə.

Güllər açılmamış solur,Sünbüllər saçların yolur.Könül dərdli, qəmli olurBir gün səni görməyəndə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе