Gecə uçan təyyarələr
Uğur olsun, uğur olsun,Gecə uçan təyyarələr...Bir də geri dönərsinizHaçan, haçan, təyyarələr?..Bir işıqlı niyyət iləUçursunuz uzaqlara.Uçursunuz fəsillərə,Qışdan çıxıb, ilk bahara.Alsın məni qanadınızUçaq, uçaq hər diyara,Qanadlanıb uçmaq iləÇatar insan arzulara.Yolunuz işıqla dolsun,Uğur olsun, uğur olsun.Gecə uçan təyyarələr,Gecə uçan təyyarələr...
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-gece-ucan-teyyareler
Клавиши ← → для перехода, R — случайное стихотворение